Bu, ABŞ və İsrail üçün "bataqlıq" olacaq - Netanyahuya TƏRS SİLLƏ
Yaxın Şərqdə artan gərginlik fonunda İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən səsləndirilən son bəyanatlar diqqət mərkəzinə çevrilib. Onun İranla bağlı quru əməliyyatını istisna etməməsi regionda yeni hərbi eskalasiya ehtimallarını yenidən gündəmə gətirib. Ekspertlər bu açıqlamanın real hərbi planlardan daha çox siyasi və psixoloji mesaj xarakteri daşıya biləcəyini qeyd etsələr də, belə bir ssenarinin mümkünlüyü tamamilə inkar olunmur. Bəs İran ərazisində quru əməliyyatları başlaya bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ və İsrail üçün İranda quru əməliyyatı keçirmək olduqca riskli ssenaridir.
Politoloq">
"ABŞ prezidenti Donald Tramp artıq belə bir planın gündəmdə olmadığını açıqlayıb.
Quru əməliyyatı ABŞ və İsrail üçün "bataqlıq" effekti yarada və ciddi itkilərlə nəticələnə bilər.
O, vurğulayıb ki, bu cür bəyanatlar daha çox İrana psixoloji təsir göstərmək məqsədi daşıyır.
Əgər belə bir əməliyyat gündəmə gəlsə belə, bu, yaxın perspektivdə real görünmür.
Onun sözlərinə görə, əvvəlcə İranın hərbi və iqtisadi baxımdan zəiflədilməsi, müəyyən mənada iflic vəziyyətinə salınması tələb olunur ki, bundan sonra quru əməliyyatı nəzərdən keçirilə bilər.
Əsədullazadə əlavə edib ki, İranın geniş ərazisi, dağlıq və səhralıq coğrafiyası, həmçinin çoxsaylı əhalisi xarici müdaxiləni çətinləşdirən əsas amillərdəndir.
"ABŞ-ın 50-60 minlik quru qoşunla ölkədə rejim dəyişikliyi həyata keçirməsi real deyil.
Benyamin Netanyahu ABŞ-ın bu prosesə daha aktiv qoşulmasını istəsə də, Vaşinqtonun belə riskli addıma getməsi ehtimalı aşağı qiymətləndirilir".
Müşviq Tofiqoğlu
KONKRET.az

Şəxsi büdcənizi nəzarətdə saxlamaq üçün bank hesabı niyə vacibdir?
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
Ukrayna mediası Qurbandan nələr yazdı?
Onun üçün 125 milyon ödədilər
"Real Madrid"in transfer planı alınmadı: Rodri "Barselona"ya üz tutdu
Bakıda küçələrdə gecələyən qadınla bağlı ŞOK FAKT: 3 övladı varmış, amma
Türkiyə bayraqlı gəmiyə dron zərbələri – Qara dənizdə gərginlik artır
Kanalda boğulub ölən Muradın - Fotosu
Paşinyandan Qırğızıstanda şok etiraf
Gəncədə ağır qəza - Xəsarət alanlar var
16 yaşlı Asimanın da meyiti tapıldı