Bu Avropa universitetləri İran PUA-larının hazırlanmasında İŞTİRAK EDİB

Bu Avropa universitetləri İran PUA-larının hazırlanmasında İŞTİRAK EDİBBöyük Britaniyada Kembric Universiteti və London İmperial Kolleci də daxil olmaqla 11 aparıcı ali təhsil müəssisəsi İranın kamikadze pilotsuz uçan aparatlarının hazırlanmasında iştirak edib.
KONKRET.azxəbər verir ki, bu barədə "The Jewish Chronicle" qəzetinin araşdırmasında yer alıb.
Bildirilib ki, Britaniyanın nüfuzlu universitetlərinin əməkdaşları İranın PUA-ların yaradılması üçün istifadə etdiyi azı 16 elmi araşdırma hazırlayıb.
Xüsusilə, London İmperial Kollecinin tədqiqatçısı Əhməd Nəcaran Xeyrabadi PUA mühərriklərini, o cümlədən "Şahed–136" dronlarını təkmilləşdirmək üçün Şahrud Texnologiya Universiteti və Məşhəd Firdovsi Universitetinin alimləri ilə birlikdə çalışıb.
Nəşrin məlumatına görə, bu tədqiqat layihələri Tehran tərəfindən maliyyələşdirilib. Digər bir universitet isə iranlı tərəfdaşlarla yeni reaktiv mühərrik idarəetmə sistemlərinin sınaqdan keçirilməsində əməkdaşlıq edib.
Qəzet əlavə edib ki, digər britaniyalı alimlər kommunikasiya sistemlərinin diapazonunu genişləndirmək, eləcə də dronların müqavimətini artırmaq üçün İranla işləyirlər.
Qeyd olunub ki, Krenfild Universitetinin mütəxəssisləri turboreaktiv mühərrikləri təkmilləşdirmək üçün İranın Elm və Texnologiya Universitetindən olan həmkarları ilə əməkdaşlıq edib. Onlardan bəziləri Britaniya, Aİ və ABŞ-ın sanksiyalar tətbiq etdiyi İran universitetlərinin alimləri ilə birgə çalışıb.
Xatırladaq ki, Böyük Britaniya İrana hərbi və ikili təyinatlı texnologiyaların ixracına qadağa qoyub.
İqbal Rzayev,
KONKRET.az

Siyasi       Tarix: 09 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə X-da paylaşım edib. "Azərbaycan Respublikasının Hökumətin

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber.az xeberlər cəbhədən son xeber krimnal xeber