Bu, Azərbaycanın Ermənistana ultimatumudur
Azərbaycanın Ermənistanın işğalı altında olan kəndlərinin azad olunmasını tələb etməsi Rusiya və Ermənistanın xəbər agentliklərində əsas xəbər kimi yayılıb. Bu, rəsmi Bakının İrəvana ultimatumu kimi qiymətləndirilib. Doğru təsbitdir.
azxeber.com Milli.Az-a istinadən xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, iki variant mümkündür:
"Birinci variant odur ki, Baş nazir Nikol Paşinyan durumu doğru qiymətləndirərək Azərbaycanın digər rayonlarına bitişik 4 kəndin geri qaytarılmasına razılaşacaq və bunun vacibliyini ermənilərə anladacaq. Onsuz da həmin kəndlərdə ermənilər yaşamır. İkinci variant isə odur ki, Paşinyan məsələni əvvəlkitək gecikdirməkdə davam edəcək. Bu halda Azərbaycan Ordusunun həmin kəndlərə daxil olmaqdan başqa alternativi qalmayacaq. Həmin kəndlərə görə Ermənistanın Azərbaycanla müharibəyə başlayacağının ehtimalı azdır. Məlum xarici mərkəzlərin Azərbaycana qarşı bəyanatları olacaq, ancaq ölkəmizə qarşı sistemli beynəlxalq təzyiqin olacağı istisnadır. Çünki bu kəndlər Ermənistanın da rəsmən etiraf etdiyi kimi, Azərbaycan öz kəndləridir".

Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto