Bu çətin sınaqdan Azərbaycan xalqı uğurla çıxacaq' - Fazil Mustafa
"Bu seçki Azərbaycan xalqının hürr iradəsini ortaya qoyacaq"
azxeber.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamını şərh edərkən Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, bu çətin sınaqdan da Azərbaycan xalqı uğurla çıxacaq:
"İlk dəfə olaraq tam azad olunmuş, torpaqları işğaldan qurtulmuş Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu bütün bölglərin vətəndaşlarının iştirak etdiyi seçki olaraq Azərbaycan tarixinə düşəcək. Deyə bilərəm ki, illərdir arzuladığımız bir seçki olacaq. Ona görə də mənə elə gəlir ki, seçki Azərbaycan xalqının hürr iradəsini ortaya qoyacaq. Bu Azərbaycanın gələcəyi üçün yeni bir yolun, üfüqün açılmasına xidmət edəcəkdir. Artıq seçki proseduru başlayıb və hesab edirəm ki, proseslər irəlilədikcə bunu daha aydın şəkildə görəcəyik. İnanıram ki, bu çətin sınaqdan Azərbaycan xalqı uğurla çıxacaq".
Günel Hüseynli

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda