Bu diplomlar etibarsız sayılacaq

Bu diplomlar etibarsız sayılacaq"Dini təhsil bu gün əsas prioritet istiqamətlərimizdən biridir. Dini duruma olduğu kimi, dini təhsil sahəsinə də mümkün qədər nəzarətin təmin edilməsi, habelə xarici təsirlərin dini təhsillə bağlı proseslərdən kənar tutulması olduqca vacibdir". 
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri, dinşünas Elnarə Kərimova deyib. Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi region, bu regionun həssaslığı, kənar təsirlərin mövcudluğu, eyni zamanda ölkəmizdəki dini durum, tarixən formalaşmış tolerantlıq ənənələri və burada mövcud olmuş məzhəblərarası münasibətlər dini təhsil sahəsinə ölkəmizin hərtərəfli təhlükəsizliyi prizmasından baxılmasını zəruri edir:
"Dövlət-din münasibətlərinin daha effektiv şəkildə tənzimlənməsi, dövlətin din siyasətinin uğurla həyata keçirilməsi, xarici dövlətlərin dini duruma təsirinin qarşısının alınması, dindarlar arasında və cəmiyyətdə müasir dünyagörüşünün təlqin edilməsi, eləcə də dünyəvi dövlətin əsaslarının düzgün təbliğ olunması üçün ixtisaslı dini kadrların hazırlanması ən vacib məsələlərdən biridir. Hazırda dini təhsilin keyfiyyətcə yeni mərhələyə qaldırılması ölkəmizin həm daxilə, həm də xaricə yönəlik məqsədlərinin reallaşdırılması üçün prioritet milli hədəf kimi qiymətləndirilə bilər.
2018-ci ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradıldıqdan sonra dini təhsil sahəsində yeni mərhələyə qədəm qoyuldu. Ötən müddət ərzində İnstitut formalaşma dövrü keçib və bu fomralaşma dövründə artıq öz məzunlarını verib. Hətta məzunlarının bir qismi təyinat da alıb. Bütün bunlar onu göstərir ki, İlahiyyat İnstitutu etimadı və ona bəslənən ümidləri doğruldur və doğrultmaqda davam edir. İlahiyyat İnstitutunu digər universitet və institutlardan, digər ali təhsil müəssisələrindən fərqləndirən br meyar da onun kadr yetişdirməklə yanaşı, həm də cəmiyyətimizin maarifləndirilməsində iştirakıdır. Bu baxımdan hesab edirəm ki, İlahiyyat İnstitutunun qəzetinin, jurnalının olması, eyni zamanda internet televiziyasının olması çox önəmlidir. İnstitutda təhsil iki istiqamətdə islamşünaslıq və dinşünaslıq üzrə həyata keçirilir. Bakalavr pilləsində 289 (dinşünaslıq 137 və islamşünaslıq 152), magistraturada 11, doktoranturada 5 nəfər, dissertantura pilləsində 1 nəfər olmaqla 306 tələbə və peşə hazırlığı kursunda 50 tələbə təhsil alır. Həmçinin bakalavriat səviyyəsində 14 əcnəbi tələbə təhsil alır, onlardan 11-i Gürcüstandan, 3-ü Türkiyədəndir".
Elnarə Kərimova bildirib ki, dini orta ixtisas təhsili müəssisələrinə, yəni mədrəsə, İslam kolleclərinə gəlincə, hazırda ölkədə 5 dini orta ixtisas təhsil müəssisəsi - Lənkəran İslam Kolleci, Şəki İslam Kolleci, Əliabad İslam Kolleci, Zaqatala İslam Kolleci və Şəbnəm (qızlar) İslam Kolleci fəaliyyət göstərir:
""Dini etiqad azadlığı haqqında" qanuna əsasən, dini təhsil müəssisələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçməklə yanaşı, xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərməli və onlara qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmalıdır. Lakin Qafqaz Müsəlmanları İdarəsinin təsisçisi olduğu və Gənclərə Yardım Fondunun himayəsi altında fəaliyyət göstərən bu kolleclər lisenziya almadıqlarına görə oraya qəbul da Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmir. Bu da cari ildən həmin kolleclərə qəbul olan şəxslərin diplomlarının etibarsız hesab ediləcəyi deməkdir. Bununla bağlı həmin kolleclər artıq rəsmi olaraq məlumatlandırılıblar". / azxeber.com

Sosial       Tarix: 03 iyul 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir

Gömrük rüsumlarından azad edlən malların əhatə dairəsi genişlənir. xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gömrük tarifi haqqında"

Bakıda su problemi̇ - Məhdudiyyətin səbəbi̇ açiqlandi

Bakının Yasamal, Suraxanı, Sabunçu, Nizami rayonlarında sakinlər bir neçə gündür su təchizatında problemlə üzləşdiklərini bildirirlər. xəbər verir ki, məsələ ilə bağlı -ın sorğusunu cavablandıran İri Şəhərlərin Birləşmi

Cəlilabadda montyoru cərəyan vuraraq öldürüb

Cəlilabadda montyoru elektrik cərəyanı vurub. Hadisə Mirzəli kəndi ərazisində qeydə alınıb. Belə ki, Cəlilabad rayonunun Qarakazımlı kənd sakini Fariz Məmmədov elektrik dirəyində təmir-bərpa işləri apararkən onu cərəyan vurub

Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü

Sumqayıtda 57yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Baytev Mehman Həsən oğlu yıxılıb və müxtəlif dərəcəl

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 19-da cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərind

Qlobal qaz qiymətləri yüksəlir: Azərbaycanı nələr gözləyir?

ABŞ-ın Nyu-York əmtəə birjasında (NYMEX) təbii qazın qiymətinin artması qlobal enerji bazarlarında diqqətlə izlənilən hadisələrdən biridir. ABŞ-də baş verən bu bahalaşmanın Azərbaycanın qaz sektoruna təsiri birbaşa olmas

Dünya bu tarixdə tam qaranlığa qərq olacaq

Avropa sakinləri son onilliklərin ən möhtəşəm astronomik hadisələrindən birinə hazırlaşırlar. Artıq bu ilin yayında – 12 avqust 2026-cı il tarixində son 27 ildə ilk dəfə tam günəş tutulmasını izləmək mümkün olacaq. "Startlap"

Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA

Saat 22:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Naftalan, Şəki, Balakən, Oğuz

Bakıda bu göyərti növünün qıtlığı yaranıb - Səbəb açıqlandı

İyunun ortaları olmasına baxmayaraq, paytaxtın bir sıra bazarlarında keşniş tapmaq çətinləşib. Satıcılar bildirirlər ki, məhsulun azlığı həm qiymətlərə təsir edib, həm də alıcıların narazılığına səbəb olub. Bəzi vətəndaşla


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son vəziyyət xeberler bugun 2026 en son xeberler bu gun cəbhədən son xəbərlər