Bu, dövlətçiliyə qarşı düşünülmüş kampaniyadır' - Deputat FHN-də yayılan videolar haqda danışdı
"Fövqəladə Hallar Nazirliyinə qarşı bu cür yanaşmalar xoşagələn bir yanaşma deyil. Bu, Azərbaycan dövlətçiliyinə qarşı, dövlət qurumlarına qarşı sanki düşünülmüş bir kampaniyadır".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının yayılan görüntülərindən sonra FHN-ə qarşı deyilən fikirlərə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, bunlar FHN-i hörmətdən salmağa xidmət edən yanaşmalardır:
"İlk növbədə araşdırmaq lazımdır ki, bu yaramaz hərəkətlərə yol verən şəxs nəyə görə bunu düşünülmüş şəkildə videoya çəkib və nəyə görə üstündən xeyli müddət keçdikdən sonra onu yayıb. Əslində, bunlar Fövqəladə Hallar Nazirliyini hörmətdən salmağa xidmət edən, qəbuledilməz, anormal yanaşmalardır. Mən deyərdim ki, bu, Fövqəladə Hallar Nazirliyində özünə, ailəsinə çörək qazanan, polkovnik rütbəsi səviyyəsinə qalxan bir insanın xəyanətidir".
F.Ağamalının sözlərinə görə, bu hərəkəti ümumiləşdirərək Fövqəladə Hallar Nazirliyinin üzərinə getmək doğru deyil:
"Digər qurumlara da bu tip xoşagəlməz yanaşmalar var. Onların içərisində müəyyən həqiqətlər olsa da, çoxu şişirtmə və böhtandır. Əlbəttə, nöqsanları, səhvləri göstərmək lazımdır. Lakin bu cür halların özü şübhəsiz ki, heç cür qəbuledilən deyil. Yəni bu hərəkət, bunun nəticəsi və müzakirəyə çıxarıb ümumiləşdirərək, bütövlükdə Fövqəladə Hallar Nazirliyinin üzərinə getmək doğru deyil. Bu, çox ədalətsiz yanaşmadır. Bu nazirliyin yarandığı gündən Azərbaycan dövlətçiliyi qarşısında xidmətləri var. Cənab Prezident tərəfindən bu nazirliyin qarşısına qoyulan vəzifələr yerinə yetirilib və peşəkar bir nazirlik kimi fəaliyyətini hər zaman konkret real həyatda görmüşük".
"Təəssüf edirəm ki, bir nəfərin hərəkətini bütövlükdə Fövqəladə Hallar Nazirliyinə - həyatını riskə atıb od-alovla mübarizə aparan qəhrəman övladlarımıza, onların fəaliyyətinə kölgə salmaq heç cür qəbuledilən deyil. Ona görə də, bu cür hallara qarşı sosial şəbəkələrdə elə bir yol tapılmalıdır ki, dövlətçiliyimizə ziyan gəlməsin", - deyə deputat əlavə edib.
Aydın Nuri
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?