"Bu, Ermənistan üçün ciddi riskdir" - Zaxarova
Rəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli bəyanatlarından ibarət üçtərəfli sazişlər kompleksindən imtina etmək cəhdlərini təhlükəli hesab edir.
KONKRET.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova şərhində bildirib.
"Bu, Ermənistan-Azərbaycan normallaşmasının bütün əsas sahələrini əhatə edir: iqtisadi və nəqliyyat əlaqələrinin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, sülh müqaviləsinin bağlanması və ictimaiyyət və ekspert dairələrinin nümayəndələri arasında dialoqun inkişaf etdirilməsi. Bu sazişlər qüvvədə qalır", – M.Zaxarova qeyd edib.
"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmamasını nəzərə alaraq, biz bu mühüm sənədləri inkar etmək cəhdlərini son dərəcə təhlükəli hesab edirik. Belə bir addım qaçılmaz olaraq, ilk növbədə Ermənistanın özü üçün ciddi risklərlə nəticələnəcək. Qərb psevdovasitəçilərinin köməyi ilə bu çağırışları dayandırmaq mümkündür. ABŞ və Aİ Rusiyadan fərqli olaraq, Ermənistana və Cənubi Qafqazın digər dövlətlərinə sülh və sabitlik gətirməyə çalışmırlar, onların vəzifəsi bizi və digər regional oyunçuları Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni bir gərginlik mənbəyi yaratmağa çağırmaqdır", – Rusiya XİN nümayəndəsi vurğulayıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda