Bu ərzaqların qiyməti UCUZLAŞACAQ

Bu ərzaqların qiyməti UCUZLAŞACAQBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, FAO indeksi ötən ilin dekabr ayı ilə müqayisədə 10,1 faiz aşağı düşüb. Dekabr ayında dünyadakı ərzaq qiymətlərinin indeksi əvvəlki ayla müqayisədə 1,5 faiz azalıb, şəkərin qlobal qiymətlərində kəskin azalma baş verib.
Maraqlıdır, ərzaq qiymətlərindəki ucuzlaşma Azərbaycan bazarına da təsir göstərə bilərmi?
KONKRET.az xəbər verir ki, iqtisadçı-ekspert Xalid Kərimli mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O, dünya bazarında bir sıra məhsulların qiymətinin ucuzlaşdığına diqqət çəkib:
"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı dünyada aylıq olaraq ərzaq qiymətlərinin müqayisəli statistikasını verir. Son hesabatına görə, 2022-ci illə müqayisədə 2023-cü ildə qiymət səviyyəsi orta hesabla 13,7 faiz aşağı olub. FAO indeksi ötən ilin dekabr ayı ilə müqayisədə 10,1 faiz aşağı düşüb.
Dekabr ayında dənli bitkilərin qiymət indeksi artıb. Xüsusilə, düyü qiymətlərində artım müşahidə edilir. Bu da Hindistanın düyü ixracının məhdudlaşırma tədbirlərindən sonra oldu. Düyü qiyməti demək olar, hər ay artır. Düyünün qiyməti il ərzində 21 faiz yüksəlib. Ancaq bu indeksin müxtəlif komponentləri var.
Məsələn, tərəvəz yağlarında 1,4 faiz azalma var. Şəkərin qiyməti noyabr ayı ilə müqayisədə dekabrda 16,6 faiz aşağı düşüb. Buna baxmayaraq, ötən ilin dekabrı ilə müqayisədə təqribən 15 faiz daha yüksəkdir. Ət qiymətləri indeksində də 1 faizlik eniş müşahidə edilir. Ət qiymətləri ötən ilin dekabrı ilə müqayisədə 2 faizə yaxın azalıb".
Ekspert əlavə edib ki, bu qiymətlər Azərbaycan bazarına da təsir göstərir:
"Bunun üçün 6-9 aylıq müddət tələb olunur. Çünki bu, hazırda birja qiymətləridir. Birjalarla müqavilələr bağlanır. Daha sonra çatdırılma şərtləri və müddəti 6-9 ay çəkir. Qiymətlərə təsirin müddətini İqtisadiyyat Nazirliyi hesablayıb. Azərbaycanda ilk dəfə olaraq 2023-cü ilin noyabrında qiymətlər 0,2 faiz azalıb. Bunun da əsas səbəbi 0,4 faizlik ərzaq qiymətlərinin azalmasıdır. Güman edirəm ki, biz bu müddət ərzində ərzaq qiymətlərində azalmanı müşahidə edəcəyik".

Sosial       Tarix: 09 yanvar 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 muharibe axsam az xeberler butun xeberler cəbhədən görüntüleri