"Bu, əsl sürpriz oldu, Əliyev" - Amerikalı analitik

"Müharibədə qalib gələn Azərbaycanda Prezident İlham Əliyevin populyarlığı və reytinqi çox yüksəkdir".
KONKRET.az xəbər verir ki, bunu ABŞ-də (Vaşinqton) fəaliyyət göstərən Marşal Fondunun analitiki Devid Salvo deyib.
Ekspert Azərbaycanla Ermənistan arasında saxlanılan hərbçilərin mübadiləsinə dair anlaşmanı və bu iki ölkənin birgə bəyanatı ilə bağlı nikbinlik ifadə edərək, baş verənləri "misilsiz" adlandırıb.
Salvonun sözlərinə görə, bu, Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşdırılması və inamsızlığın azaldılması istiqamətində uzunmüddətli prosesdə ilk addımdır:
"Bu, bir çox cəhətdən tam bir sürpriz oldu. Hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra iki ölkənin liderləri heç bir vasitəçinin imzası olmadan birgə bəyanat verdilər".
Amerikalı analitikin fikrincə, bu gün tərəflər sülh sazişinə daha yaxın olsalar da, danışıqlar prosesində həll olunmamış çoxlu problemlər və hələ də aradan qaldırılmalı olan maneələr var. Bununla belə, Salvo qeyd edib ki, sözügedən razılaşma tərəflərin sülhə doğru irəliləmək istəyindən xəbər verən müəyyən göstəricidir.
"Hesab edirəm ki, hər iki ölkədə regionda sülhün bərqərar olmasına, bir-biri ilə normal münasibətlərə meyillilik var", – analitik əlavə edib.
Salvo Azərbaycanda keçiriləcək erkən prezident seçkilərini sülh prosesi kontekstində qiymətləndirərkən bildirib ki, müharibədə qalib gələn Azərbaycanda Prezident İlham Əliyevin populyarlığı və reytinqi çox yüksəkdir. Amerikalı reytinqi yüksək olan Əliyevin seçkidə rəqibləri üzərində təsiredici qələbə qazanacağına şübhə etmir.
"Təsirli seçki qələbəsi ona (İlham Əliyevə) Ermənistanla sülh müqaviləsi üzrə danışıqlarda siyasi kapital verəcək", – Salvo vurğulayıb.
Analitik əlavə edib ki, sülhə gedən yolda hər iki tərəfin cəmiyyətləri onilliklər boyu davam edən inamsızlıq, ağrı və qarşılıqlı düşmənçiliyə qalib gəlməlidir. Salvo gələn il bu istiqamətdə irəliləyişlərin olacağına ümid etdiyini söyləyib.//Teleqraf.com

Siyasi       Tarix: 17 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən yeni xəbərlər xabarlar cəbhədən son xəbərlər hava haqqinda