Bu gün Bakıda 32 dərəcə isti olacaq - FAKTİKİ HAVA
Saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən azxeber.com-a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb: "Düşən yağıntının miqdarı aylıq normanın 20 %-ni təşkil edib. Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Hazırda zəif şimal-şərq küləyi əsir".
Onun sözlərinə görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu 27-32 dərəcə isti, çimərliklərdə dəniz suyunun temperaturu 24-27 dərəcə isti təşkil edəcək.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü