Bu gün dünyanın nüfuzlu ölkələri, əsas güc mərkəzləri Azərbaycanı dəstəkləyir

Bu gün dünyanın nüfuzlu ölkələri, əsas güc mərkəzləri Azərbaycanı dəstəkləyir44 günlük Vətən müharibəsi bütün dünyanın yaddaşına həkk olundu. Bu müharibə, Azərbaycan dövlətinin Ermənistanı ağır məğlubiyyətə uğratması və ərazi bütövlüyünü bərpa etməsinə bütün dünya əyani şahid oldu. 30 illik bir həsrətin sona çatması Azərbaycanın xalqının ən ağrılı yarasının bərpa olunmasına səbəb oldu. Bu qələbə Ali Baş Komandanın, Azərbaycan Ordusunun, əsgər və zabitlərinin, eləcə də Azərbaycan xalqının birliyi ilə qazanıldı.
Müharibədən sonra çox şey dəyişdi. Azərbaycan azad etdiyi ərazilərdə yenidənqurma işləri aparmağa başladı və bu, hazırda da sürətlə davam edir. Yeni yolların çəkilməsi, elektrik xətlərinin çəkilməsi və s. işlər ən müasir üsullarla həyata keçirilir. Ermənsitanın uzun illər boyun darmadağın etdiyi, insanlığa sığmayan dağıntılar törətməsi bütün dünyanın görməsi lazım olan məsələlərdən idi. İndi həmin ərazilər zaman-zaman dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Bütün bunlar, görülən tədbirlər ölkə başçısının birabaşa nəzarəti ilə həyata keçirilir.
Müharibədən sonra sülh, sərhədlərin delimitasiya və demarkasiya məsələlərinə razı olmaq istəməyən Ermənistan artıq bunlardan da boyun qaçıra bilmir. Bu, məlum Brüssel görüşündə bir daha sübut olundu. Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşün nəticəsi olaraq Ş.Mişel mətbuata bəyanat verdi. Bu bəyanat da Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşdü. Azərbaycan müharibədə olduğu kimi, diplomatik müstəvidə də öz üstünlüyünü qorumağa davam edir və hər zaman öz maraqları yönündə addım atır. Bu maraqlar isə ölkəmizin ərazi bütövlüyü, inkişafı kimi məsələlərdir.
Azərbaycanın dünya siyahısında bu cür mövqeyə sahib olması təbii ki, Ermənistanı narahat edir. Bu səbəbdən onlar yenə də zaman-zaman müxtəlif təxribatlara əl atır, sülh məsələlərindən yayınmağa çalışır. Elə ötən həftə Ermənistan tərəfinin atəşkəsi pozması bu təxribatlardan biri idi.
Belə ki, iyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bu gün dünyanın nüfuzlu ölkələri, əsas güc mərkəzləri Azərbaycanı dəstəkləyir"Sərhəddə baş vermiş olan bu qarşıdurmalar Ermənistanın hiyləgər və ikiüzlü siyasətindən irəli gəlir, burada Paşinyanın da əlinin olduğunu istisna etmirəm".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı Ermənistan tərəfinin dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışması məsələsinə münasibət bildirərkən deyib.
O, qeyd edib ki, Paşinyan bu gün ona qarşı yönəlmiş olan ciddi müqaviməti sındıra bilmir:
"Bu, ilk növbədə Ermənistanın hiyləgər və ikiüzlü riakar siyasətindən irəli gəlir. Mən istisna etmirəm ki, sərhəddə baş vermiş olan bu qarşıdurmalarda Paşinyanın da əli var. Çünki Paşinyan bu gün ona qarşı yönəlmiş olan ciddi müqaviməti sındıra bilmir. Bundan ehtiyatlanaraq ən müxtəlif şəkildə danışıqları və danışıqların verə biləcəyi konkret nəticələri yoxlamağa çalışır. Bütün bunlara baxmayaraq, nəticə etibarilə Azərbaycanın mövqeyi birmənalıdır. Ölkə prezidentinin – Ali Baş Komandanın qətiyyətli iradəsi birmənalıdır".
Deputat həmçinin qeyd edib ki, sərhəd pozuntularında Rusiyanın da maraqları özünü göstərməkdədir:
"Əgər Ermənistan tərəfi sərhədlərin dəqiqləşməsində maraqlı deyilsə, bu, bizi o qədər də qayğılandırmır. Biz birtərəfli şəkildə sərhələrimizi müəyyənləşdirib, igid əsgər və zabitlərimizi həmin sərhədlərdə yerləşdirib dövlətimizin təhlükəsizliyini təmin edəcəyik. Ona görə də, hələ ki, bu proses, mənə elə gəlir ki, bu şəkildə spiralvari formada davam edəcək. Eyni zamanda, fikrimcə, qarşıdurmalarda və sərhəd pozuntularında Rusiyanın da maraqları özünü göstərməkdədir. Baxaq, hər halda Azərbaycanın qətiyyəli mövqeyi Avropa İttifaqı ilə, Amerika Birləşmiş Ştatlarının mövqeyi ilə tamamilə üst-üstə düşür və burada uduş Azərbaycanın tərəfindədir. Buna qətiyyən şübhə ola bilməz".
Ermənistan nə qədər bu cür yollara əl atsa da, onlar artıq heç nəyə nail olmayacaqlar. Bu gün dünyanın əksər ölkələri, dünyanın nüfuzlu ölkələri, əsas güc sahibləri də Azərbaycanı dəstəkləyir və Azərbaycanın mövqeyindən çıxış edir. Buna misal olaraq dünyada əsasə söz sahiblərindən biri olan ABŞ-ı misal göstərmək olar. ABŞ prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubu qeyd etdiyimiz məsələləri bir daha sübut etdi.
Bu gün dünyanın nüfuzlu ölkələri, əsas güc mərkəzləri Azərbaycanı dəstəkləyirazxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu da bu məsələ ilə bağlı fikirlərini bildirib.
"ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubu diqqətlə seçilmiş diplomatik ifadələr və xüsusi məzmunu ilə əlamtədardır. Çünki məktubda həm 30 illik müddət ərzində ABŞ-Azərbaycan münasibətlərinin keçdiyi yola nəzər salınır, həm əldə edilən ortaq nailiyyətlərə vurğu edilir və həm də ikitərəfli və çoxtərəfli əməkdaşlığın perespektivləri ilə bağlı mühüm fikirlər bildirilir. ABŞ prezidenti ilk növbədə diqqəti hazırda dünyada baş verən mühüm geosiyasi proseslərə çəkərək, vaxtilə ABŞ və Azərbaycanın həyata keçirdiyi fəaliyyətin məhz indiki kritik mərhələdə öz bəhrəsini verdiyini dilə gətirir. Bildirilir ki, 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlıq tarixin mühüm anında öz bəhrəsini verir. Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. Göründüyü kimi, bizim adətən Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasında mühüm rol oynaması kimi qiymətlədnirdiyimiz gərçəkliyi ABŞ Prezidenti daha qlobal kontekstdə qiymətləndirir. Bu miqyası beynəlxalq səviyyəyə qədər yüksəldir ki, bu da özlüyündə Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rolun yüksək qiymətləndirilməsi hesab edilə bilər", deyə deputat vurğulayıb.
Deputat həmçinin qeyd edib ki, ABŞ qlobal terrorizmə qarşı mübarizədə Azərbaycanın rolunu xüsusi olaraq qeyd edir:
"İkinci mühüm aspekt isə ondan ibarətdir ki, ABŞ qlobal terrorizmə qarşı mübarizədə Azərbaycanın rolunu xüsusi olaraq qeyd edir. Şübhəsiz ki, buraya təkcə qlobal terorizmə qarşı mübarizədə ABŞ-ın anti-terror koalisiyasının dəstəklənməsi deyil, həm də Azərbaycanın regionda erməni terror ocağını darmadağın etməsi də daxildir. Əgər bunların üzərinə C.Baydenin Azərbycanın müstəqilliyini dəstəklədiyi ilə bağlı səsləndirdiyi fikirləri də gəlsək, bu fikirlər həm də Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı yeni reallığın da ABŞ tərəfindən dəstəklənməsi kimi qiymətləndirilə bilər. Başqa bir mühüm məsələ isə Ermənistan və Azərbaycan arasında yarana biləcək mümkün sülhlə bağlı ABŞ prezidentinin fikirləridir ki, bu da özlüyündə olduqca əhəmiyyətlidir. C.Bayden bildirir ki, Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. Göründüyü kimi, bizim sadəcə Qafaqaz regionunda əməkdaşlıq perespektivləri kimi qiymətləndirdiyimiz post-müharibə reallığını ABŞ daha geniş miqyasda, Transxəzər region kontekstində qiymətləndirir ki, bu da əslində Azərbaycanın regionun gələcəyində oynaayacağı mühüm rola işarədir. Ona görə də gələcək onilliklərdə də ABŞ-Azərbaycan əməkdaşlığına ehtiyac olduğu bildirilir".
Aydın Nuri,
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatıdırlması" mövzusu üzrə dərc edilib.
Bu gün dünyanın nüfuzlu ölkələri, əsas güc mərkəzləri Azərbaycanı dəstəkləyir

Siyasi       Tarix: 11 iyun 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son görüntülər son xeberler azerbaycan dunya xeberleri siyaseti xeberler bugun