Bu gün Gəncədə tarixi derbi keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.
KONKRET.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Kəpəz" "Neftçi"ni qəbul edəcək. Gəncə təmsilçisi bu mövsüm ilk dəfə ev oyununu doğma şəhərdə keçirəcək. Hazırda paytaxt təmsilçisi 19 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Sarı-göylər" isə 4 xalla 8-cidir.
Komandalar indiyədək ölkə çempionatına təsadüf edən Azərbaycan derbisində 52 dəfə üz-üzə gəliblər. Bunların 18-də meydan sahibləri, 25-də qonaqlar qələbəni bayram edib. 9 qarşılaşma heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "ağ-qaralar"ın aşkar üstünlüyü var.
"Neftçi" son 4 matçda rəqibinə qalib gəlib. Son iki oyunda 3 və ya daha çox qol vurulub.
Tura "Qarabağ" – "Sumqayıt" görüşü ilə yekun vurulacaq. Ağdam klubu 8 oyundan maksimum nəticə ilə 2-ci sırada yer alıb. "Gənclik şəhəri" təmsilçisinin isə 4 xalı var və 9-cu pillədə gedir.
İki kollektiv bunadək Premyer Liqada öz aralarında 40 görüş keçirib. "Köhlən atlar" 40, Samir Abasovun baş məşqçi olduğu komanda isə cəmi 5 qələbə qazanıb. 5 qarşılaşmada qalib müəyyənləşməyib. Son Azərbaycan çempionunun vurduğu 93 qola rəqibi 18 q=topla cavab verib.
"Qarabağ" son 13 ev oyununda qələbə qazanıb. "Sumqayıt" 6 qarşılaşmada xal əldə etməyib, 5 matçdır fərqlənə bilmir.
Azərbaycan Premyer Liqası
X tur
16 oktyabr (bazar)
15:00. "Kəpəz" – "Neftçi"
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
Gəncə şəhər stadionu.
17:30. "Qarabağ" – "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
"Azersun Arena"
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Qəbələ" ilə 1:1, "Səbail" səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib, "Sabah" isə doğma meydanda "Zirə"yə qalib gəlib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir
Milli Məclis Fransadakı hadisələrlə bağlı BƏYANAT YAYDI
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib