Bu gün Qarabağ, Zəngəzur dirçəliş yolundadır

Bu gün Qarabağ, Zəngəzur dirçəliş yolundadırŞuşada möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqa müraciəti, səsləndirdiyi fikirlər Azərbaycanın yeni müstəqiilik tarixinə bir baxış, eyni zamanda görülən işlərin hesabatı kimi dəyərləndirilir. Bu müraciət fonunda bir daha bəlli oldu ki, Azərbaycan ordusu Ulu Öndər Heydər Əliyevin, eləcə də xalqımızın əsas arzusunu yerinə yetirdi.
Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi ilə bağlı görüləcək işlər ölkə başçısının müraciətində xüsusi vurğulanmışdır.
"Mən mayın 2-dən bu günə qədər Qarabağ və Şərqi Zəngəzurdayam. Bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda bir çox tədbirlər keçirilmiş, 10 kəndin təməli qoyulmuş, bir çox açılışlar həyata keçirilmişdir". Bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib.
Dövlətimizin başçısı vurğulayıb ki, on günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır.
Zəfərimizin tacı Şuşadan Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Qalib sərkərdə, Prezident İlham Əliyevin müraciəti onun xalqımızın əbədi Liderinə hesabatı idi. 2020-ci ildə yenilməz və qəhrəman Azərbaycan hərbçilərindən Şuşanın azad olunması raportunu alan Ali Baş Komandan elə həmin meydanda təxminən 3 il sonra xalqımızın əvəzolunmaz övladının yubiley günündə ona məruzə edirdi. Çünki Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi: "Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, "Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!".
Tanrı verən ömrü hər kəs bir cür, kimi özü üçün, kimi doğmaları və əzizləri üçün, kimi isə milləti, xalqı, vətəni və dövləti üçün yaşayır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmişdir. Millətini canından artıq sevən Ulu Öndərə olan sonsuz xalq məhəbbətinin sirri də məhz elə budur. Viktor Mari Hüqo demişdir: "Əsl insanın vəzifəsinin yarısı vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir.". Tükənməz millət sevgisinin nəticəsidir ki, müstəsna xidmətləri ilə Azərbaycanın taleyində misilsiz rolu olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı, ölkəmizi sürətli inkişaf yoluna çıxarmaqla dünya birliyinə qovuşdurmuş dünya şöhrətli nəhəng siyasətçi-Heydər Əliyevin doğum günü hər il respublikamızda, eləcə də onun hüdudlarından çox-çox uzaqlarda böyük təntənə ilə qeyd olunur, əbədiyaşar liderimizin parlaq xatirəsi dərin ehtiramla yad edilir.
Bütün mənalı ömrünü Azərbaycanın suverenliyinin qorunmasına, dövlətçiliyimizin bərpasına və möhkəmlənməsinə, iqtisadiyyatının yüksəlməsinə, müdafiə qabiliyyətinin gücləndirilməsinə, doğma xalqının xoşbəxtliyinə, firavanlığına həsr etmiş Ulu Öndər Heydər Əliyev qeyri-adi idarəetmə qabiliyyəti ilə ölkəmizi inkişaf etmiş dövlətlər cərgəsinə çıxardı. Onun qəti, inamlı addımları, konsepsiyası Azərbaycanı dirçəltdi, iqtisadiyyatımız sürətli inkişaf yoluna qədəm qoydu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsini parlaq qələbə ilə yekunlaşdırdı. 44 günlük Vətən müharibəsi milyonların arzusunu, istəyini gerçəkləşdirdi, gözəl Qarabağımızı, onun baş tacı olan Şuşanı özümüzə qaytardı. Cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, diplomatik səriştəsi, əsgər və zabitlərimizin şücaəti, məğrurluğu sayəsində tarixi Zəfər qazandıq. 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğalçılardan təmizləndi. Uzun illər ərzində biz Şuşanın işğal altında qalması ilə barışmadıq, səbrlə, inadla ora mütləq qayıdacağımıza inandıq. Bu xoşbəxtliyi isə qəlbi Şuşa ilə döyünən Azərbaycan xalqına ata vəsiyyətini yerinə yetirən Müzəffər Liderimiz İlham Əliyev bəxş etdi. Ali Baş Komandanın bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirən igid əsgər və zabitlərimiz dünyaya bir möcüzə göstərdilər, inanılmazı mümkün etdilər, qayalardan cırmaq-cırmaq dırmaşaraq, cığırlardan dizin-dizin sürünərək Şuşaya daxil oldular və şəhəri erməni vandallarından azad etdilər. Şuşanın azad edilməsi ilə 44 günlük müharibənin taleyi həll olundu, desək, yanılmarıq. Məhz buradakı məğlubiyyətdən sonra dizi bükülən, beli sındırılan düşmən noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq və üzərinə müəyyən öhdəliklər götürmək məcburiyyətində qaldı. Şuşa Azərbaycanın qazandığı Qələbənin rəmzidir. Şuşa tarixən Azərbaycan üçün müstəsna əhəmiyyətə malik şəhər olub.
Ulu Öndər Heydər Əliyev bu gün cismən bizimlə olmasa da, onun Azərbaycanımız, xalqımız üçün gördüyü işlər yüksək zirvə kimi gözümüzün önündədir. Heydər Əliyev hər bir insanın qəlbində özünə bir abidə ucaldıb. O abidənin adı müstəqil Azərbaycan dövlətidir.
Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlər yüksək sürət və dinamizmlə aparılır. Zəngin iqtisadi resursları, təbiəti, turizm potensialı, transnəqliyyat və logistika imkanları, iqlim xüsusiyyətləri ilə Azərbaycan beynəlxalq investisiya və cəlbedici turizm zonasına çevrilir.
Həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına əsaslı zəmin yaradıb. Bir il ərzində görülmüş işlər dövlətimizin, xalqımızın nə qədər böyük potensialının olduğunun bariz ifadəsidir. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Azərbaycan dövləti qısa müddət ərzində bütün rayonlarımızı yenidən qurmaq, bərpa etmək gücündədir.
Ali Baş Komandanın qeyd etdiyi kimi, "necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı da şərəflə yerinə yetirəcəyik"
Naftalan şəhər sakini  Arzu Məmmədov / azxeber.com

Siyasi       Tarix: 14 may 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler cəbhədən son xeber cəbhədən şad xəbər xəbər.az