Bu gün Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsi KEÇİRİLƏCƏK
Bu gün Rusiya-Ukrayna nümayəndə heyətlərinin videoformatda görüşü keçiriləcək.
KONKRET.az bu barədə TASS-a istinadən xəbər verir.
Nümayəndələrin gündəminin "razılaşdırılmış müqavilə layihəsinin" hazırlanması məsələsi ilə bağlı olacağı bildirilir.
Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların birinci raundu fevralın 28-də Belarusun Qomel vilayətində keçirilib, görüş beş saat davam edib. Tərəflər daha sonra martın 3-ü Belovejskaya Puşçada və martın 7-si Brest vilayətində görüşüblər. Martın 10-da isə Antalyada keçirilən diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrovla Dmitri Kuleba arasında görüş keçirilib.
Martın 29-u isə nümayəndə heyətləri İstanbulda görüşüblər. Görüş zamanı müəyyən razılıqlar əldə olunub.Putinin köməkçisi Vladimir Medinski görüşdən sonra verdiyi açıqlamada Ukraynanın Avropa İttifaqına qoşulmasına qarşı olmadıqlarını və Ukraynanın Donbasla Krımı hərb yolu ilə qaytarmaqdan vaz keçdiyini bildirib. Ukrayna rəsmisi Mixaylo Podolyak isə Krım məsələsinin həllinin yalnız diplomatik yolla ola biləcəyini bildirib.
Vəsilə İbrahim,
KONKRET.az

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti