Bu gün Vətən müharibəsinin 22 yaşlı şəhidinin doğum günüdür - FOTO

Bu gün Vətən müharibəsinin 22 yaşlı şəhidinin doğum günüdür - FOTOBu gün Vətən müharibəsinin 22 yaşlı şəhidinin doğum günüdür - FOTO
İkinci Qarabağ müharibəsində canından keçən 2 855 şəhiddən biri də Kazımov Əmir İlham oğludur.
1998-ci ildə Bakıda anadan olan Ə.Kazımov evin tək oğlu olub. O, sentyabrın 29-dan etibarən Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən müharibədə iştirak edərək qəhrəmancasına şəhid olub.
Oxu.Az-ın əməkdaşı ilə söhbət edən şəhidin əmisi oğlu Həmid Kazımzadə deyir ki, Əmir olduqca vətənpərvər oğlan olub:
"Əmir çox mərd, qayğıkeş insan idi. Vətənini, torpağını canından çox sevirdi. Hər zaman deyirdi ki, müharibə başlasa ön sıralarda gedəcəm. Elə dediyini də etdi. Həqiqi hərbi xidmətini başa vurmuşdu.
Müharibə başlayanda ön cəbhəyə yollanıb. Manqa komandiri kimi döyüşlərdə iştirak edib. Döyüşə getdikdən sonra oktyabrın 3-də ailəsi ilə əlaqə saxlayıb və halallıq alıb".
Şəhidin əmisi oğlu deyir ki, Əmir Suqovuşan və Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib:
Bu gün Vətən müharibəsinin 22 yaşlı şəhidinin doğum günüdür - FOTO"Sonuncu dəfə ailəsi ilə danışdıqdan sonra bir müddət Əmirdən xəbər ala bilmədik. İtkin düşdüyünü dedilər. Biz səbirli olub, məlumat gözlədik. Axtardıq, bir məlumat tapa bilmədik. Noyabrın 25-i bizə Əmirin şəhid xəbəri gəlib. Çox ağır yaralandığı üçün onun ölümü DNT analizi ilə təsdiqləndi. Daha sonra noyabrın 26-da şəhidimizin nəşi ailəsinə təhvil verildi.
Bizə verilən məlumata görə, Əmir oktyabrın 10-da Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə ağır artilleriya atəşi nəticəsində şəhid olub".
Bu gün Şəhid Əmir Kazımovun doğum günüdür. Yaşasaydı 23 yaşını qeyd edəcəkdi. Ruhun şad olsun, vətən oğlu.
Bu gün Vətən müharibəsinin 22 yaşlı şəhidinin doğum günüdür - FOTOXatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, Kazımov Əmir İlham oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Könül Cəfərli

Sosial       Tarix: 29 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberleri xəbər cəbhədən xəbərlər ensonxeberler