Bu həftə nə ilə yadda qaldı? - Emin Əfəndi yazır
Həftəyə quruyan Xəzərin əsəbi əsməcələri ilə başladıq.
Quruya quruya hələ də bağlı olan quru sərhədlərimizə çevrilən Xəzər dənizi bəlkə də bizə son xəbərdarlığını göndərdi.
Bir anlıq bizi də əsməcə tutdu. Lakin, biz Xəzərə olan münasibətimizi yox, ev tikənlərin bizə münasibətini rəhbər tutaraq binalarımızı tərk edib, elə doğma tikililərimizin həyətinə 1-2 saatlıq pənah gətirdik. Sanki ev yıxılanda yerə yox, göyə yıxılır.
Bütün qonşular bir-birinə qoşulub zəlzələnin təhlükəsindən və hələ də bitməmiş pandemiyanın acığına axır ki, Xəzər kimi quruyan qonşuluq münasibətlərini bir neçə saatlıq yada saldılar.
Dünya siyasətində isə biz heç kimə qoşulmayıb böyük işlər görürük. Bu həftə Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin görüşü keçirilib. Burada valideynlərimizin klassik "gedib orada heç kəsə qoşulma ha" ifadəsi yadıma düşür. Böyüklər həmişə müdrik olub. Tariximiz də onu göstərir ki, ona buna qoşulub heç nəyə nail olmamışıq. Qoşulmadan isə artıq Qafqaz dağlarından Alp dağlarına barmaq silkələyə bilirik, təbii ki Alp dağlarının fransız qalan tərəfini nəzərdə tuturam.
Bu həftə Elza Seyidcahan da Yazıçılar Birliyinə qoşuldu. Azərbaycan yazıçılarının bundan əvvəl nə dərəcədə birlik nümayiş etdirdiyini bilmirəm, amma bu məsələdə biraz birlikdən kənar fikirlər səsləndi, mövqelər göründü. Vallah bu dəqiqə küçədə Azərbaycan Yazıçılar Birliyinin üzvlərindən kimi tanıyırsız sualını versək, ilk beşlikdə Elza xanımın adı olacaq. Ən azından onun şeirləri ölkəmizin bir çox kütləvi informasiya vasitələrində səslənib, görüntülənib və yaxud dərc olunub. Yazıçılar Birliyinin bütün üzvlərinə bunu arzu edirəm. Bəyənib bəyənməmək isə zövq məsələsidir. Ən azı qalmaqallı adam deyil. Yazıçılar Birliyinin rəhbərliyi belə deyir. Rus demişkən "yaşayıb görərik".
Bu həftə Elza Seyidcahan yazıçılar birliyinə, Musa Qurbanlı İsveç klubuna, Arda Güler Real Madridə, Ebru Gündeş isə Şəmkirə gəldi. Çox istərdim ki, Madridi Şəmkirlə müqayisə edim, amma Madriddə kiçik toy yox, böyük futbol var. Şəmkirdə də vaxtı ilə kiçik toylardan böyük futbol olub. Yevlaxda da, Masallıda da, Lənkaranda da. Sonuncu ümumiyyətlə adına layiq quruyub getdi. İndi isə bizim oyunçular futbol agentlərinə qoşulub, Qoşulmama Hərəkatı ölkələrinin çempionatlarına üz tutduğu vaxtda Musa Qurbanlının İsveç, Mahir Emrelinin Xorvatiya çempionatında oynaması Azərbaycan futbolunun uğuru kimi qəbul olunur.
Bu həftə də belə keçdi.
Emin Əfəndi / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi