"Bu, hərbi cəhətdən Ukraynanın ziyanına, Rusiyanın isə xeyrinə olan bir hadisədir" - Kaxovkanın partladılması ilə bağlı YENİ DETALLAR

Kaxovka su anbarının partladılması ətrafında gedən söhbətlər səngimək bilmir. Bu məsələdə tərəflər bir-birini günahlandırsa da, hələlik hadisənin real təfərrüatları ilə bağlı informasiya mövcud deyil. Bu anbarın partladılmasının kimin marağına daha çox uyğun gəldiyi isə hazırda ən çox müzakirə edilən mövzular sırasındadır. Şübhəsiz ki, bu sual ətrafında həm yerli, həm də beynəlxalq siyasi analitiklər müxtəlif mükahizələr səsləndirirlər. Bəs görəsən, bu hadisəni kim törədib? Bəndin partladılması daha çox Ukraynaya yoxsa Rusiyanın özünə ziyan vurur?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Elçin Mirzəbəyli bildirib ki, Kaxovka su anbarının partladılması haqda fikir səsələndirərkən bütün aspektləri nəzərə almaq lazımdır. Çünki birtərəfli şəkildə ifadə olunan rəy həqiqətin ortaya çıxmasına mane olur:
"Digər tərəfdən bütün amilləri yalnız hərbi maraqlar konteksindən dəyərləndirmək doğru deyil. Ötən ilin noyabrında Rusiya qoşunları Dneprin bir sahilindən digərinə çəkilərkən irili-xırdalı 7 körpü partladılıb. Bununla paralel olaraq bəndin zədələnməsi faktı da ortaya çıxıb. Sözügedən məsələ ilə bağlı həm Rusiya, həm də Ukrayna mənbələri məlumat yayıblar. Amma zədələnən bəndin bərpası ilə bağlı hansısa məsələ gündəmə gəlməyib. Bu məsələdə məsuliyyət şübhəsiz Rusiyanın üzərində qalıb. Digər tərəfdən Kaxovka su bəndinin sıradan çıxarılmasının və ərazini su basmasının indiki şəraitdə kimin maraqlarına uyğun gəldiyi əsas müzakirə mövzusudur. Amma təbii fəlakət ehtimalını da gündəmdən çıxarmamalıyıq. Çünki daha öncə bənd zədələndiyindən anbarda suyun artması fəlakətə yol aça bilərdi. Bu, müəyyən bir zaman kəsiyindən sonra aparılan araşdırmalar nəticəsində ortaya çıxacaq".
Politoloqun sözlərinə görə, hazırda ərazini su basması daha çox rus qoşunlarının istehkamı olan yerlərə öz təsirini göstərir:
"Bəzi hərbi ekspertlər bunun Ukraynanın marağında olduğunu vurğulayırlar. Yəni rus istehkamlarının sıradan çıxması nəticəsində Ukraynanın hücumlarının qarşısını almağın mümkün olmayacağını əsas gətirirlər. Düşünürəm ki, bu məsələdə kontur arqumentlər var və onları daha inandırıcı hesab etmək mümkündür. Çünki ərazini su basması və infrastrukturun məhv olması hücum edən tərəfin hücumlarını məhdudlaşdırır. Bu baxımdan su anbarının partladılması Rusiya tərəfinin marağına uyğun gəlir. Digər tərəfdən Krımın su ilə təminatında yaranan problemi əsas gətirərək partlayışın Ukrayna tərəfindən törədildiyini bildirirlər. Amma nəzərə almaq lazımdır ki, Krımın su təminatı təkcə Dnepr çayının hesabına həyata keçirilmir. Göründüyü kimi arqumentlər kifayət qədərdir. Buna görə də, birmənalı dəyərləndirmə aparmaq çətindir. Amma ümumi mənzərəyə nəzər yetirsək, bu ərazi Ukraynaya məxsusdur. Odur ki, baş verən istənilən dağıntı Ukrayna xalqı və dövləti üçün ciddi problemlər yaradır. Bəndin sıradan çıxması nəticəsində 80-dən çox yaşayış məntəqəsini su basıb. Nəricə etibarilə müharibə nə zaman bitsə, bu dağıntıların aradan qaldırılmasının məsuliyyəti Ukrayna xalqının üzərinə düşəcək".
Mövzunu saytımıza şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, su anbarının partladılmasının Rusiya və Ukraynaya həm xeyiri, həm də ziyanı var:
"Ona görə də, tərəflər qarşılıqlı şəkildə bir-birilərini ittiham edirlər. Bu, hərbi cəhətdən Ukraynanın ziyanına, Rusiyanın isə xeyrinə olan bir hadisədir. Çünki həmin ərazilər Rus ordusunun nəzarətindədir. Bu gün hadisəni Rusiyanın və ya Ukraynanın törətdiyini dəqiqliklə demək mümkün deyil. Hazırda dünyada nüfuz savaşı gedir. Zelenski oyunu bilmədiyindən bu işlərdə iştirak edir. Kreml isə bundan yararlanır. Bütün hallarda hər iki tərəfin hadisəni törətməsi mükündür. Çünki Rusiyanın ekoset siyasəti həyata keçirdiyini sübuta yetirmək üçün su anbarını Ukraynanın partlatması gerçək ola bilər. Bildiyiniz kimi, Ukrayna tərəfinin bu cür yanlışlığı ilk deyil. Vaxtilə Malayziya təyyarəsini vuraraq Rusiyanın üzərinə atırdılar. Amma bunu sübuta yetirə bilmədilər. Görünən odur ki, bu işin içində qeyri-peşəkarlıq da var. Amma Rusiya da öz maraqlarına uyğun hərəkət edir. Belqrad vilayətinə hücumlardan sonra Kreml başqa addımlar da atır. Bir növ anti-Ukrayna və anti-Zelenski siyasətini daha da gücləndiriblər. İnformasiya müharibəsini Rusiya çox yaxşı həyata keçirir. Amma Rusiyanın vəziyyəti də ürəkaçan deyil. Bütün hallarda Kremlin vəziyyəti getdikcə gərginləşir və heç nə yaxşı istiqamətə dəyişmir".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 09 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən xəbərlər şou biznes xəbərləri meherremlik 2026 maraqlı xəbərlər