"Bu içkilər ürək-damar sistemində fəsadlar yarada bilər" - EKSPERT RƏYİ

Son illərin zərərli vərdişlərindən biri də insanların kütləvi şəkildə enerji içkilərinə meyl etməsidir. Ayrı-ayrı brendlər altında Azərbaycan bazarına daxil olan bu içkilərin insan sağlamlığına zərəri danılmazdır. İnsan orqanizmində müəyyən fəsadlar yaradan bu içkilərin qəbulunu həkimlər qadağan etmirlər. Sadəcə həmin içkilərin qəbulu qaydasında olmalıdır.
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-kordioloq Abbasəli Abbasəliyev təkcə enerji içkilərinin deyil, digər içkilərin də qədərində qəbulunu məqsədə uyğun hesab edir:
"Enerji içkiləri, koka-kola və digər içkilər var ki, bunları mütəmadi qəbul edəndə ürək-damar sistemində fəsadlar yaradır. Amma bu, o demək deyil ki, bunlar yasaqdır. Ara-sıra qəbul etmək ziyan gətirməz. Yəni normada içmək lazımdır. Nəzərə alın ki, suyu qədərindən artıq içəndə köp verir, çayın artıq içilməsi dişlərin çürüməsinə səbəb olur. Hər şeyin qaydası var və qaydasında qəbul edilməlidir. "Qəti qadağandır, bir dənə enerji içkisi içsən, axırın gələcək" demək də düzgün deyil. Bunlar qəti qadağan deyil, çox az içmək şərti ilə istifadə edilə bilər".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun da məsələyə münasibətini öyrəndik:
İnsanlar bilə-bilə zərərli vərdişlərdən əl çəkmirlər. Bunlar arasında enerji içkiləri ilə yanaşı koka-kola, pepsi-kola içkiləri də mövcuddur. Enerji içkilərinin qəbul edilməsinin tərəfdarı deyiləm, o enerji filan gətirmir, əksinə, insanın öz enerjisi əlindən alır. Həmin məhsulların üstündə "Hamilə qadınların, zəif insanların qəbul etməsi tövsiyə edilmir" sözləri yazılıb. Bəs onda belə bir sual yaranır. Zəiflərə ziyan olan məhsul güclülərə necə xeyir gətirə bilər? Məntiq yoxdur. Enerji içkilərinə qarşı son yeddi, səkkiz ildəki basqı koka-kolayla bağlıdır. Enerji içkiləri Azərbaycan bazarına girənə qədər koka-kolanın əmtəə bazarında payı 95% idi. Enerjetik içkilər bazara girəndən sonra 65 %dən aşağı düşüb. Amma koka-kola barədə fikirlər mənfidirmi? Xeyir, ona görə ki, medianın əsas sponsoru və hamisi olduğuna görə heç kim bu içkinin zərəri barədə danışmır.
Deməli, enerji içkiləri qədər adını çəkdiyim məhsulun da insan orqanizminə zərəri var. Çox yaxşı haldır ki, Qida Təhlükəsizliyi Agentliyi enerji içkilərinin tərkibində olan maddələrin miqdarını tənzimləyib. Azad İstehlakçılar Birliyi isə daim iş aparıb ki, enerji içkilərinə tələbat azalsın.
Vəli Həsənov,
KONKRET.az

Sağlamlıq       Tarix: 24 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezenesi en son xəbərlər bugün cəbhədən yeni xəbərlər cəbhədən xəbər