Bu il 3 dəfə əlavə maaş kimlərə veriləcək? - Detallı izah
"Son günlər sosial şəbəkə vasitəsi ilə hər gün çoxsaylı sualların ünvanlandığını nəzərə alaraq qeyd etmək istərdik ki, bu il 3 dəfə əlavə maaşın ödənilməsi Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli 17 saylı qərarına əsasən tənzimlənir".
azxeber.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.
O bildirib ki, həmin qərarla dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları müəyyənləşib. Belə ki, ali kateqoriya dövlət orqanlarında aylıq əmək haqqı 400, 1-ci kateqoriya dövlət orqanlarında 385, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında isə 345 manat nəzərdə tutulub.
Deputat əlavə edib ki, gözlənilir ki, il ərzində əlavə maaşlar 3 dəfə mükafat formasında, bayram günlərində ödəniləcək:
"Eyni zamanda, həmin qərarda qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur. Gözlənilir ki, il ərzində əlavə maaşlar 3 dəfə mükafat formasında, bayram günlərində ödəniləcək. Bu isə o deməkdir ki, əlavə maaşlar həmin kateqoriyalar üzrə dövlət orqanlarında çalışan və dövlət qulluqçusu olmayan işçilər üçün nəzərdə tutulub. Bu qurumlara isə ali, 1,2,3,4 və 5-ci kateqoriya dövlət orqanları aiddir".
"O baxımdan əgər sizin çalışdığınız qurum həmin kateqoriyalardan birinə (ali, 1,2,3,4 və 5-ci kateqoriyalar) uyğundursa və dövlət qulluqçusu deyilsinizsə və eləcə də qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. işlərdə çalışırsınızsa o halda sizə ödəniş nəzərdə tutulacaq. Bütövlükdə, hər bir işçi çalışdığı qurumun mühasibatlığına müraciət edərək ödənişinin nəzərdə tutulub-tutulmamasını dəqiqləşdirə bilər", - deyə deputat əlavə edib.
Aydın Nuri
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu