Bu il Azərbaycana gələn turistlərin sayı 37 faizdən çox artıb
Bu il Azərbaycana gələn turistlərin sayı 37 faizdən çox artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1 milyon 143,6 min və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Dövlət Statistika Komitəsi (DSK) xəbər yayıb.
Gələnlərin 32,8%-i Rusiya Federasiyası, 18,2%-i Türkiyə, 7,4%-i İran, 4,9%-i Hindistan, 4,7%-i Gürcüstan, 3,9%-i Səudiyyə Ərəbistanı, 2,4%-i Qazaxıstan, 2,3%-i Pakistan, 2,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8%-i Özbəkistan, hər birindən 1,5% olmaqla İsrail və Ukrayna, 1,4%-i Belarus, 1,3%-i Küveyt, hər birindən 1,2% olmaqla Böyük Britaniya və Türkmənistan, 11,4%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 70,5%-ni kişilər, 29,5%-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,3 dəfə, Türkmənistandan - 3,8 dəfə, Hindistandan - 2,6 dəfə, Belarusdan - 2 dəfə, Özbəkistandan - 1,9 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, İsraildən - 44,2%, ABŞ-dən - 38,7%, Gürcüstandan - 34,5%, Böyük Britaniyadan - 29,2%, Küveytdən - 26,6%, Türkiyədən - 18,8%, Birləşmiş Ərəb Əmirliklərindən - 15,8%, Pakistandan - 6,3% artıb.
2022-ci ilin 7 ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5% artaraq 57,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,6% azalaraq 185,4 min nəfər olub.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1%-i hava, 27,6%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib. / oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi