Bu il İranda azı 15 qadın edam edildi
Bu il İranda azı 15 qadın edam edilib
Publika.az xəbər verir ki, bu barədə BBC hüquq müdafiəçilərinin məlumatına istinadla xəbər yayıb.
Bildirilib ki, bu il İranda onlarla qadın ölüm cəzasına məhkum edilib və edam olunub. Onların əksəriyyəti qadınlara qarşı zorakılıq tətbiq edən ərini və ya sevgilisini öldürməkdə təqsirli bilinib. Osloda yerləşən və İranda ölüm hökmünün tətbiqinə nəzarət edən İran İnsan Haqları qeyri-hökumət təşkilatının məlumatına görə, edam edilən sonuncu qadınlardan biri bu Susan Rezaipur olub. Ölüm hökmü oktyabrın 27-də icra edilən xanım əmisi oğlu olan ərinin qətlinə görə ən ağır cəza alıb. Qadın altı il həbsdə yatdıqdan və əmisi də daxil olmaqla, mərhumun yaxın qohumları onu bağışlamaqdan imtina etdikdən sonra edam edilib. Məhkəmədə Susan Rezaipur bildirib ki, qətl baş verən gün əri həddən artıq sərxoş olub və onu döyüb. Qadın artıq buna dözə bilməyərək özünü qorumaq üçün onu öldürüb.
Ölkədə edam edilən qadınların sayının artması da ciddi narahatlıq doğurur. Təşkilatın məlumatına görə, təkcə bu il İranda azı 15, 2010-cu ildən bu yana isə ən azı 170 qadın edam edilib.
Turlar.az [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var