Bu il xəstəlik vərəqələri elektron qaydada təqdim olunacaq

Bu il xəstəlik vərəqələri elektron qaydada təqdim olunacaqBu il xəstəlik vərəqələri elektron qaydada təqdim olunacaq.
Bu barədə KONKRET.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən "Elektron xəstəlik vərəqəsi" (e-bülleten) informasiya sistemini hazırlanıb. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında vərəqələrə dair məlumatların vahid elektron reyestrdə birləşdirilməsi, kağız daşıyıcıların saxlanması və emalı ilə bağlı böyük işdən uzaqlaşması, o cümlədən sığortaçıların xərclərinin azaldılması və dövlət büdcəsinin yükünə qənaət edilməsi məqsədi ilə həyata keçirilir .
Bu təşəbbüsə əsasən, tibb müəssisəsi tərəfindən yazılan və müvafiq tibb işçisinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş elektron xəstəlik vərəqəsi müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinətlərin təyin edilməsi və ödənilməsi üçün əsas olacaq. İşəgötürənlər üçün e-bülleten Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemində, tibb işçiləri üçün isə "e-Səhiyyə" portalı və mobil tətbiqində əlçatan olacaq.
Xəstəlik vərəqəsinin elektron sənəd şəklində formalaşdırılması müvafiq tibb müəssisələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və işəgötürənlər arasında məlumat mübadiləsi üçün avtomatlaşdırılmış məlumat mübadiləsi sistemindən istifadə etməklə həyata keçiriləcək. Proses iştirakçıları arasında qarşılıqlı informasiya mübadiləsi qaydaları bütün iştirakçılar üçün eyni olacaq və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi sənəd formasında təsdiq ediləcək.
"Elektron xəstəlik vərəqəsi" sisteminə keçid sığorta dələduzluğu hallarının minimuma endirilməsi, analitik hesabatların və tibbi məlumatların etibarlılığının artırılması, bu növ müavinətlər üzrə ödənişlər üçün dövlətin maliyyə xərcləri ilə bağlı proqnozların keyfiyyətinin yüksəldilməsi, həmçinin xəstəlik vərəqəsinin statusu barədə məlumatların "online" formatda vətəndaşlar və işəgötürənlər üçün əlçatanlığını təmin edəcək.
Elektron xəstəlik vərəqəsinin formalaşdırılması şərtləri və qaydaları səhiyyə sahəsində dövlət siyasətinin və hüquqi tənzimləmənin işlənib hazırlanması və həyata keçirilməsi funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılıb.

Sağlamlıq       Tarix: 04 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar az ən son xeberler son xəbərlər iqtisadiyyat xeberleri bugun