Bu Kəramətin şəxsi fikridir və heç bir ictimai yük daşımır' - AÇIQLAMA
"Kitab avtobusumun yanında bir boks aparatı var. Parkdan keçən adamların hər 500 nəfəri o boks aparatına yumruq atır, uzaqbaşı 1-2 nəfəri də gəlib kitab alır. Boks aparatının qabağı həmişə adamlarla dolu olur. Hətta dadına baxmaq üçün bir-iki dəfə mən də yumruq vurdum, başım ağrıdı. Azərbaycanda fikrin, düşüncənin, ağlın ətrafında heç vaxt o qədər adam görə bilməzsən".
azxeber.com xəbər verir ki, bu fikirləri tanınmış yazıçı Kəramət Böyükçöl deyib.
O Azərbaycanda kitaba marağın çox az olduğuna işarə edib. Bəs görəsən, ölkəmizdə həqiqətən kitab oxuyanların sayı azalıbmı?
Tanınmış yazıçı, dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli azxeber.com-a bildirib ki, bu fikirlər heç bir ictimai yük daşımır:
"Bunlar Kəramətin şəxsi fikridir və heç bir ictimai yük daşımır. Kitab alanlar azdır, ancaq bunun hansısa aparata dəxli yoxdur. Ona qalsa kafelər də adamlarla doludur, küçədə taksi də bəzən tapmaq olmur. Kitab oxuyanların sayının azalma səbəbləri sosial şəbəkələrin çox vaxt alması və oxumaq həvəsinin olmamasıdır. Bu isə bir tendensiyadır".
Şahanə Ziyad

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma