"Bu layihə şəhərdəki sıxlığı azaldacaq" - Anar Bədəlov
Xəbər verdiyimiz kimi, dünən Abşeron Tikinti Materialları Mərkəzinin açılışı olub.
azxeber.com xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 255 hektarlıq ərazidə yaradılmış mərkəz 1000-dən çox mağazanı əhatə edir.
Bu nəhəng mərkəzin açılmasında məqsəd ölkədə və regionda inşaat sahəsində insanların ehtiyaclarını qarşılayacaq sənayeləşmiş zonanın yaradılmasıdır. Yeni açılışı olan mərkəzdə tikinti materiallarının satışı ilə yanaşı inşaat sektorunda lazım olan istehsalat bölmələrinin də yaradılması nəzərdə tutulur.
Abşeron Tikinti Materialları Mərkəzinin direktoru Anar Bədəlov qeyd edib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar nəticəsində sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb: "Bəşəriyyəti çətin sınaq qarşısında qoyan qlobal problemlər ölkələrin iqtisadiyyatına ciddi mənfi təsirini göstərməkdədir. Bir tərəfdən əhalinin maddi durumunun yaxşılaşdırılması, sahibkarlıq subyektlərinə dəstək göstərilməsi, əlbəttə ki, dövlətin iqtisadi imkanlarına təsir edən amillərdir. Əlbəttə ki, ölkəmizin sosial-iqtisadi inkişafında özəl sektorun çox yüksək payı var və burada kiçik və orta sahibkarların rolunun önəmi vurğulanmalıdır. Uzun illərdir ki, dövlət tərəfindən ölkənin kiçik və orta sahibkarlarına güzəştli kreditlər verilir və bu amil özəl sektorun inkişafında öz sözünü deməkdədir. Buna görə də, sahibkarların öz fəaliyyətlərini genişləndirmək, istehsal və idxal imkanlarını asanlaşdırmaq üçün rahat şərait yaradılmalıdır".
Burada 21 korpusdan ibarət 2 mərtəbəli tam təmirli, istilik sistemli, sanitar qovşaq, 7/24 mühafizə xidməti və optik internetlə təchiz olunmuş yerlər təqdim edir. Burada 1200-ə yaxın mağaza var. Bundan başqa mərkəzdə müxtəlif cür malları saxlama qabiliyyətinə malik böyük həcmli anbarlar və "Açıq ərazi" müştərilərin xidmətinə verilir. Anbarların ümumi sahəsi 60000 kv m2-dir. "Açıq ərazi"nin ümumi sahəsi 210000 kv m2-dir".
Şirkət rəhbəri, həmçinin xüsusi ilə vurğulayıb ki, bazarda yerləşəcək şirkətlər ilk 6 ay icarə haqqından azad olunacaq: "Bundan əlavə bildiyiniz kimi, yanvar- fevral ayı tikinti sektorunda durğunluğ dönəmidir. Mərkəz olaraq bunu nəzərə alıb, bazarda fəaliyyət göstərən sahibkarlar üçün icarə haqları 50%-ə qədər güzəşt olunacaq. Müştərilərin rahatlığını təmin etmək məqsədilə isə gələcəkdə avtodayanacaq, otel, bank şöbələri, gömrük sistemi, kafe-restoran və digər iaşə obyektlərinin inşası da planlaşdırılır".






Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu