Bu malların ölkəyə gətirilməsi qadağan olunur - Qiymətlər bahalaşacaq?

Bu malların ölkəyə gətirilməsi qadağan olunur - Qiymətlər bahalaşacaq?Son günlər sosial mediada pirat və kontrafakt olan malların ölkə ərazisinə girişinin qadağan olunduğu ilə bağlı məlumatlar yayılıb.
azxeber.com xəbər verir ki, trend məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanlayıb.
Qurumdan sorğuya cavab olaraq bildirilib ki, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, gömrük ərazisinə gətirilən mallara münasibətdə istehlakçıların hüquqlarının və əhalinin sağlamlığının müdafiəsi, əqli mülkiyyət hüquqlarının qorunması, habelə pirat və ya kontrafakt məhsulların idxalının (ixracının) qarşısının alınması məqsədilə gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulan tədbirlər həyata keçirilir:
"Gömrük Məcəlləsinin 287.1-ci maddəsinə əsasən, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların pirat və ya kontrafakt olması əlamətləri aşkar edildikdə gömrük orqanları həmin malların buraxılışını dayandırmaq hüququna malikdirlər".
Komitədən qeyd edilib ki, tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan mallardan qanunsuz istifadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti yaradır.Bəs pirat malların ölkə ərazisinə gətirilməsinə qadağa qoyulması qiymətlərin bahalaşmasına səbəb ola bilər?
Bu barədə sualları cavablayarkən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, ümumiyyətlə, əqli mülkiyyət hüququnun pozulması, bir brendə məxsus məhsulların nüsxəsinin yaradılaraq alıcılara təqdim olunması yalnızca həmin müəlliflərin hüququnu pozmur, eyni zamanda, istehlakçıların hüququnu pozur, onları birbaşa aldadır.
"Təbii ki, bu, yolverilməzdir. Amma təəssüf ki, bütün dünyada bu başlıca problemlərdəndir. Dünyanın aparıcı alimləri arasında belə digər alimin əqli mülkiyyətinə aid məhsullar mənimsənilərək, öz adlarından təqdim edilir. Piratçılıq bəşəri problemdir və bunun qarşısını kimsə ala bilməz.Sadəcə olaraq, mübarizə bu prosesi müəyyən qədər səngidir. Amma bu, qiymət bahalaşmasına gətirib çıxaracaqmı?
Bu suala tam olaraq "hə" və ya "yox" cavabı verilə bilməz. Ona görə ki, elə məhsullar olacaq ki, onun pirat versiyaları tamamilə dayandırlacaq və bu zaman orijinal versiyaların qiyməti qalxacaq. Elə məhsullar da olacaq ki, onun oxşarının tamamilə qarşısının alınması mümkün olmayacaq və bu halda ciddi qiymət artımı müşahidə edilməyəcək", - deyə ekspert bildirib.

Sosial       Tarix: 09 sentyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son görüntülər kriminal bugun xəbər.az cəbhədən son xeber