"Bu məsələdə Azərbaycan və Türkiyə digər dövlətlərə nümunə oldu" – ŞƏRH

Rusiyanın Ukraynada apardığı müharibə beynəlxalq münasibətlərə ağır zərbə vurmaqla yanaşı dövlətlərin, siyasi liderlərin maraqları uğrunda nələr edə biləcəyini  bir daha ortaya qoydu. Bununla yanaşı müharibədə haqlının yanında olub işğalçını sülhə dəvət edən tərəflər də var.  Müharibənin gedişatı göstərdi ki, regionda sülhün və sabitliyin bərqərar olmasını ən çox istəyən dövlətlər məhz Türkiyə və Azərbaycandır.  Tərəflər arasında danışıqlar prosesinin Türkiyədə baş tutması heç də təsadüfi deyil. Odur ki, müharibədə Azərbaycan və Türkiyənin rolunun vacibliyi daha yaxşı başa düşülməlidir.
Bəs görəsən, bu müharibə Türkiyə və Azərbaycana hansı dividentlər qazandırdı?
Mövzu ilə bağlı KONKRET.az-a suallarını politoloq Elçin Mirzəbəyli cavablandırıb. O bildirib ki, Qardaş ölkə Türkiyənin və Azərbaycanın müharibə dövründə davranışları digər dövlətlərə nümunə oldu: "Rusiya-Ukrayna müharibəsində Türkiyənin həlledici rol oynadığını dünyanın aparıcı beynəlxalq təşkilatları və dövlətlərinin rəhbərləri etiraf edir. Avropa İttifaqının Komissiya Sədri də qardaş ölkənin regionda sülhün təmin edilməsində oynadığı rolun əhəmiyyətindən danışmışdı. Türkiyənin dialoqa və sülhə xidmət edən mövqeyi əslində bu gün yaranan problemlərin çözülməsi üçün ən optimal yoldur. Türkiyə NATO ilə normal münasibətlərini qoruyub saxlamaqla yanaşı beynəlxalq hüququn və haqqın yanında oldu. Əslində bu, digər dövlətlərə nümunədir".
Politoloq fikirlərinə belə davam edib: "Azərbaycan da, bu məsələdə Türkiyə ilə eyni mövqedən çıxış etdi. Azərbaycan müharibədən əziyyət çəknələrə humanitar yardım göndərdi. Hər iki dövlətin prosesdəki rolunu müsbət dəyərləndirmək lazımdır. İki ölkənin ortaya qoyduğu yanaşma tərzi gələcəkdə beynəlxalq münasibətlər sisteminin daha ədalətli olmasına xidmət edə bilər".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 13 may 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler sou biznes qurban bayrami 2026 son xeberler bu gun cəbhədən son məlumat