Bu müharibədə Rusiyanı haqlı sayanlar çox ciddi problemləri olan adamlardır" - Abutalıb Səmədov
"Ukrayna-Rusiya müharibəsində Rusiyanı haqlı sayan adamlar, hesab edirəm ki, çox ciddi problemləri olan adamlardır".
Bu sözləri azxeber.com-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
O, qeyd edib ki, Rusiya bütün dünyaya meydan oxuyur və işğalçı mahiyyətini ortaya qoyur: "Burada Rusiyanı haqlı hesab etmək qeyri-mümkündür. Rusiya bütün dünyaya meydan oxuyub. Özünün işğalçı mahiyyətini ortaya qoyur. Buna görə də, təbiidir ki, burada haqsız tərəf Rusiyadır və bütün dünya birliyi də ona qarşı getdi, BMT baş məclisində səsvermə də göstərdi ki, Rusiya dünyada təklənib. Buna görə də, mən hesab edirəm ki, Rusiyaya zərrə qədər də haqq qazandırmaq imkanı yoxdur və heç kim ona haqq qazandırmamalıdır".
Abutalıb Səmədov həmçinin qeyd edib ki, nüvə silahı Rusiyanın əlində dünyanı qorxutmaq üçün bir vasitədir:
"Nüvə silahı Rusiyanın əlində dünyanı qorxutmaq üçün bir vasitədir. Artıq üçüncü, ya dördüncü dəfədir, onlar dünyanı açıq şəkildə nüvə silahından istifadə edəcəkləri ilə hədələyirlər. Onlar NATO bu münaqişəyə qoşulacağı halda nüvə silahından istifadə edəcəklərini deyirlər. Yəni, Rusiya başa düşür ki, NATO bu münaqişəyə qoşularsa, Rusiyanı məğlubiyyət gözləyir. Rusiya ilə NATO-nun gücünü müqayisə etmək qeyri-mümkündür. NATO-nun bu aktiv müdaxiləsinin qarşısını almaq üçün bir neçə dəfə belə hədə-qorxu bəyanatları səslənib. Sonuncu dəfə Lavrov səsləndirdi. Ancaq başqa halda, yəni NATO-nun bu münaqişəyə qoşulmayacağı halda ki, heç onların da qoşulmaq fikri yoxdur, belə halda nüvə silahından istifadəni qeyri-mümkün sayıram".
Aydın Nuri

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR