Bu ölkə diplomatlarına maaş verə bilmir
Pakistanın bəzi xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin əməkdaşları son 3-4 ayda maaş almayıblar.
KONKRET.az xəbər verir ki, bu barədə "Business Recorder" nəşri məlumat yayıb.
Bildirilib ki, Pakistanın Fransa, Almaniya, ABŞ, Oman, İran, Türkiyə və Əfqanıstan da daxil olmaqla bəzi ölkələrdəki diplomatik nümayəndəliklərinin əməkdaşları ölkədə valyuta çatışmazlığı səbəbindən əmək haqlarının ödənilməsində gecikmələrlə üzləşiblər.
Məlumata görə, İslam Respublikasının diplomatik nümayəndəlikləri Pakistan Xarici İşlər Nazirliyinə xərclərin ödənilməsində, o cümlədən gündəlik işlərin icrasında ciddi problemlər barədə məlumat veriblər.
Qeyd edək ki, 2022-ci ilin oktyabr ayından etibarən Pakistan Mərkəzi Bankının valyuta ehtiyatlarında azalma müşahidə olunur. 31 oktyabr 2022-ci il tarixinə Pakistan Mərkəzi Bankının valyuta ehtiyatları 8,75 milyard dollar səviyyəsində olub, dekabrın 2-də isə bu rəqəm 6,71 milyard dollar təşkil edib.
İqbal Rzayev,
KONKRET.az

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var