Bu ölkə Şimali Koreyaya 5 milyon dollar yardım edəcək

Bu ölkə Şimali Koreyaya 5 milyon dollar yardım edəcəkCənubi Koreya şimal qonşusu Koreya Xalq Demokratik Respublikasında (KXDR) həyata keçirilən humanitar yardım layihələri üçün Dünya Səhiyyə Təşkilatına (DST) 5 milyon ABŞ dolları verəcək.
Publika.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Birlik Nazirliyi məlumat yayıb. Vəsait Şimali Koreyada ana və uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə yönəldiləcək.
"DST Şimali Koreyada 2014-cü ildə dayandırılan ana və uşaqlara tibbi xidmət yardımı layihəsini bərpa etmək niyyətini bildirib və bununla bağlı hökumətimizlə danışıqlar aparılıb. Hökumət Şimali Koreyada ana və körpə ölümünün sayı azaltmağa xidmət edən layihəyə töhfə vermək qərarına gəlib", - deyə nazirliyin məlumatında qeyd olunur. İanə hökumət və vətəndaş cəmiyyətindən ibarət komitədə baxılıb və təsdiqlənib.
Qeyd edək ki, Cənubi Koreya DST-yə Şimali Koreyadakı layihələr üçün 2014-cü ilədək vəsait ayırıb. Lakin iki ölkə arasında münasibətlər pisləşdiyindən yardım dayandırılıb. Prezident Mun Ce-in hökuməti "Siyasət humanitar işlərə təsir göstərməməlidir" fikrini əsas götürərək, Şimali Koreyaya humanitar yardımları bərpa etməyi qərara alıb. İyunda Cənubi Koreya hökuməti Dünya Ərzaq Proqramının və UNİSEF-in Şimali Koreyada icra etdiyi humanitar layihələr üçün 8 milyon dollar ayırmışdı. Bu ianə də Şimali Koreyada ana və körpə ölümünün səviyyəsini azaltmağa yönəlib. UNİSEF-in hesabatına əsasən, 2017-ci ildə KXDR-də hər doğulan 1000 körpədən 9-u sağ qalmayıb. Onların da 44 faizi doğuşundan sonrakı ilk həftədə ölüb.
Rəsmi Seul ümid edir ki, bu cür dəstək iki ölkə arasında barışdırıcı əhval-ruhiyyənin möhkəmlənməsinə kömək edəcək. /publika.az

Dünya       Tarix: 09 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam.az xeberler xeberler bu gun sou xeberler iqtisadiyyat xeberleri bugun