Bu ölkə Trampın təzyiqinə dözmədi: təslim oldu

Bu ölkə Trampın təzyiqinə dözmədi: təslim olduPanama Prezidenti Xose Raul Mulino ölkəsinin Çinin "Bir kəmər, bir yol" təşəbbüsündən çıxdığını bəyan edib. Buna baxmayaraq, Mulino Çinlə dilpomatik əlaqələri kəsməyəcəyini bildirib.
KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
"Beləliklə, ABŞ Prezidenti Donald Trampın Panamaya təzyiqi nəticə verib. Tramp Konqresdəki son çıxışında ABŞ-ın Panama kanalına sahiblənəcəyi fikrini bir daha təkrarlamışdı. Ağ Ev sahibi hələ ki, buna nail olmasa da, Panama faktiki Vaşinqton qarşısında "ağ bayraq" qaldırıb. Vaşinqton müstəqil dövləti Çinin layihəsindən çıxmağa məcbur edib. Trampın təlimatıyla Dövlət katibi Marko Rubio fevralın 1-də Panamaya səfər etmişdi. Rubio Trampın xəbərdarlığını şəxsən Panama prezidentinin diqqətinə çatdırmışdı. Bu səfərdən sonra Panama iki qərarını açıqladı: Birincisi, bundan sonra ABŞ-ın hərbi gəmiləri kanaldan keçərkən rüsum ödəməyəcəklər; ikincisi, Panama Çin şirkətləriylə kanal ətrafındakı limanların işlədilməsi müqaviləsinin müddətini uzatmayacaq.
Pekin Panamanın qərarından təəssüfünü bildirib. Çinlə Panama arasında əməkdaşlıq müqaviləsi 2017-c ildə imzalanmışdı. Çin şirkətlərinin Panama ətrafındakı limanları işlətməsiylə bağlı saziş isə daha əvvəl – 1997-i ildə imzalanmışdı. Panama rəhbərliyi bu yolla Çin kapitalını cəlb etməyi planlaşdırırdı. Bu planlar reallaşmağa başlayarkən, Tramp işlərin gedişini pozdu. İndi Panama dövləti ümid edir ki, Çin kapitalını ABŞ kapitalı əvəz edəcək. Bundan başqa, Panama dövləti Çinlə hərbi əməkdaşlığa da son verəcək. Son illərdə Çinin və Panamanın sərhəd xidməti, hərbi-hava və hərbi-dəniz qüvvələri arasında da əməkdaşlıq genişlənmişdi", – politoloq bildirib.
E.Şahinoğlu vurğulayıb ki, Tramp administrasiyasının Panamada əldə etdiyi qələbəsi ABŞ-Çin qarşıdurmasını daha da gücləndirəcək:
"Görünür, Tramp Çini başqa bazarlardan da sıxışdırmağa çalışacaq".

Siyasi       Tarix: 06 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber son xəbərlər bugün 2026 son xeberler bugun xəbər.az