Bu ölkədə 5 gündür koronavirusa yoluxan yoxdur
Yeni Zelandiyada koronavirusa yoluxma diaqnozu ilə xəstəxanalara yerləşdirilmiş bütün xəstələr sağaldıqlarına görə evə buraxılıb.
Bu barədə Yeni Zelandiyanın Səhiyyə Xidmətinin baş direktoru Eşli Blumfild məlumat verib. "Middlemore" xəstəxanasında yerləşən xəstə evə buraxıldıqdan sonra hazırda ölkədəki xəstəxanalarda bir nəfər də olsun koronavirusa yoluxmuş xəstə qalmayıb", - deyə E.Blumfild bildirib. O, həmçinin qeyd edib ki, Yeni Zelandiyada hazırda koronavirusa yoluxmuş 21 xəstə ambulator müalicə alır. Ötən dövrdə 1462 nəfər sağalıb.
Yeni Zelandiya Səhiyyə Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, artıq beş gündür ölkədə COVID-19 virusuna yolxma halı qeydə alınmayıb. Ümumilikdə isə 1504 nəfər koronavirusa yoluxub və onlardan 21-i həyatını itirib.
Xatırladaq ki, bu ərəfədə Yeni Zelandiyada koronovirus pandemiyasına görə tətbiq edilmiş fövqəladə vəziyyət ləğv olunub. Pərakəndə satış marketləri, ticarət mərkəzləri, restoranlar və digər ictimai obyektlər fəaliyyətini bərpa edib. Daha sonra məktəblər və universitetlər də açılıb. /publika.az

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi