Bu ölkələrdə ət Azərbaycandan 2 dəfə ucuzdur: "Bizdə monopoliyadır"

Bu ölkələrdə ət Azərbaycandan 2 dəfə ucuzdur: "Bazara müdaxilə etmək doğru deyil. Əksinə, hökumət çalışmalıdır ki, ölkədə ərzaq bolluğu yaransın, daha ucuz məhsul istehsal olunsun və qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da ətin qiyməti əhali üçün münasib olsun".
KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.
O, ətin qiymətinin 1-2 AZN aşağı salınması ilə bağlı yayılan xəbərlərdən sonra paytaxtın ət bazarlarındakı hazırkı vəziyyəti şərh edib.
Xatırladaq ki, hazırda qiymət azalması deyiləndən daha azdır və bir çox ət dükanlarında ətin kiloqramı 14 manata  təklif olunur. Bildirək ki, əvvəllər bu qiymət 14 manat 50 qəpik civarında idi.
V. Məhərrəmov qeyd edib ki, aparılan araşdırmalar onu göstərir ki, əksər ölkələr illik adambaşına beynəlxalq normaya uyğun ət istehsal edir:
"Ona görə də bu ölkələrdə ətin qiyməti Azərbaycanla müqayisədə 2 dəfə ucuzdur. Məsələn, Rusiya, Qazaxıstan və digər ölkələri buna misal göstərmək olar. Hətta Gürcüstanda belə ətin qiyməti Azərbaycana nisbətən xeyli aşağıdır. Əsas odur ki, ölkədə normaya uyğun məhsul istehsal olunsun. Belə olan halda qiymətlər uyğun olacaq".
"O ki qaldı hansısa ticarət obyektlərində ətin qiymətinin 50 qəpik – 1 manat dəyərində enməsinə, bu, normal haldır. Çünki hər bir ticarət obyektinin özünün xərcləri var. İkincisi isə ümumiyyətlə, bazar iqtisadiyyatında yuxarıdan göstəriş verib qiymətləri inzibati qaydada aşağı salmaq düzgün deyil. Burada hökumətin işi ondan ibarət olmalıdır ki, o, monopoliyanı aradan götürsün. Əgər istehsalı lazımi səviyyəyə qaldıra, o cümlədən normaya uyğun olaraq ölkə əhalisinin ətlə təminatını təşkil edə biliriksə, deməli, bazardan monopoliya götürülməlidir", – deyə mütəxəssis əlavə edib.
Ekspert nümunə olaraq onu da vurğulayıb ki, azərbaycanlılar il ərzində 40 kiloqram ət istehlak edir:
"Bizdə idxalda monopoliya mövcuddur, indi də kəsimi ələ alıblar. Əgər əvvəllər hər bir qəssab kəsimi özü həyata keçirirdisə, indi bu, mərkəzləşib. Hətta rayonlarda da bu tendensiya özünü büruzə verir. Bu da ətin hər kiloqramına təxminən 1 manat təsir edir".
"Hökumət bu kimi süni baryerlər yaratmaqla özü qiymət artımında bir vasitəçiyə çevrilib. İndi isə qiymətin aşağı salınmasını elan edirlər. Yaxşı, bəs aşağı nə qədər salınmalıdır? Hökumət bununla bağlı konkret bir qiymət deyə bilmir. Ola bilər ki, hökumət kimlərəsə tapşırıq verir. Bu şəxslər də qəssablara və ət satışı ilə məşğul olan sahibkarlara tapşırır ki, qiymətlər düşsün. Amma hər sahibkar bu məsələyə öz xərcinə uyğun yanaşır və qiyməti də ona uyğun elan edir", – deyə müsahibimiz fikirlərini tamamlayıb.

Sosial     Baxılıb: 152   Tarix: 10 noyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Masallıda narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olunub

Masallıda narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olunub. xəbər verir ki, Masallı rayonu ərazisində "BYD" markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Rayon Polis Şöbəsini

Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Təmir-quraşdırma işlərinin aparılması məqsədilə paytaxtın Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. "Azəriqaz"dan -a verilən məlumata görə, Sabunçu və Suraxanı rayonlarınd

Əlillik üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır?

Əlillik sahəsində həyata keçirilən islahatlar nəticəsində artıq iki ildir ki, əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklərin sayı dəfələrlə artırılıb.  bu barədə Əmək və Əhalinin Sosial Müdafiəs

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

Aprelin 25-i Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür. xatırladır ki, Albert Aqarunov 1969-cu ildə Bakı şəhərində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peş

Pulunu dollarlarla saxlayanlara ŞAD XƏBƏR

Yaxın Şərqdə davam edən münaqişə ABŞ dollarının mövqelərini daha da gücləndirib. Beynəlxalq ödəniş sistemi SWIFT-in məlumatlarına görə, mart ayında dolların qlobal hesablaşmalardakı payı 49,2%-dən rekord həddə – 51,1%-ə yüksəlib

Kartınız təhlükədədir - VACİB XƏBƏRDARLIQ

Rəqəmsal ödənişlərin sürətlə yayılması ilə birlikdə onlayn alış-veriş gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin rahatlıqla yanaşı, bu proses istifadəçilər üçün müəyyən təhlükələri də özü ilə gətirir. Xüsusilə ban

Yeni həftədə yaxşı pul qazanacaq bürclər

Yeni həftə üçün astroloji proqnozlara görə bəzi bürclər maliyyə baxımından daha uğurlu görünür. Amma bunu "dəqiq zəmanət" kimi yox, daha çox fürsətlərin artması kimi qəbul etmək daha realistdir. Yeni həftədə pu

İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş aprelin 27-də Qəbələdə mətbuata bəyanatlarla çıxış ediblər. Prezidenti İlham Əliyev çıxışı zamanı cənab Baş nazirlə birlikd

Manatın bugünkü kursu: Dollar sabit, avro 1,99 manata çatdı

Azərbaycan Mərkəzi Bankı (AMB) 27 aprel tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi dəyişməz olaraq 1,700 manat olub. Avronun manata qarşı məzənnəsi 1,993


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler bu gun valyuta məzənnələri cəbhədən son görüntülər son xabar