Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdiEstoniya, Latviya, Polşa, Almaniya, Monteneqro, Ukrayna, Misir, Yunanıstan və İordaniyanın xarici işlər nazirlikləri (XİN) Müstəqillik Günü münasibətilə Azərbaycana təbriklər ünvanlayıb.
KONKRET.az xəbər verir ki, müvafiq paylaşımlar X sosial şəbəkəsində yerləşdirilib.
"Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı bildiririk. Sülh, firavanlıq və daha böyük uğurlar arzulayırıq. Müstəqillik Gününüz mübarək!", – Estoniya XİN-in məlumatında deyilib.
Latviya XİN milli bayram münasibətilə Azərbaycanı təbrik edərək, ölkəyə firavanlıq və rifah arzulayıb.
"Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbriklər və xoş arzular!", – Polşa XİN yazıb.
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə – Azərbaycan xalqını səmimi təbrik edirəm! Almaniya Azərbaycanla konstruktiv tərəfdaşlığı yüksək qiymətləndirir və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə, eləcə də regional sülh və firavanlığın təmin edilməsi üzərində işləməyə sadiq qalır", – Almaniya XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya departamentinin direktoru Niklas Vaqner yazıb.
Monteneqronun Xarici İşlər Nazirliyi təbrikində Azərbaycana daha böyük uğurlar və firavanlıq arzulayıb:
"Müstəqillik Günü münasibətilə Monteneqronun Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının hökumətinə və xalqına ən səmimi təbriklərini bildirir. Biz Azərbaycana daha böyük uğurlar və firavanlıq arzulayır, həmçinin ölkələrimiz arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq formatlar çərçivəsində möhkəm tərəfdaşlığın daha da gücləndirilməsinə sadiqliyimizi təsdiq edirik".
Misir XİN Azərbaycanı səmimi qəlbdən təbrik edib, iki ölkə arasında dostluğun və əməkdaşlığın daha da güclənəcəyinə ümid etdiyini ifadə edib.
"Misir Müstəqillik Günü münasibətilə dost Azərbaycan Respublikasının hökumətinə və xalqına səmimi təbriklərini bildirir və ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edir", – bəyanatda deyilib.
Yunanıstan XİN də Azərbaycanı milli bayram münasibətilə təbrik edib: "Müstəqillik Gününüz mübarək, Azərbaycan!".
İordaniya XİN qeyd edib: "Azərbaycan Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edirik".
Ukrayna XİN Azərbaycanı "etibarlı dost və strateji tərəfdaş" adlandırıb.
"Etibarlı dostumuz və strateji tərəfdaşımız Azərbaycana ölkənin Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi bildiririk! Biz Azərbaycanın Ukraynaya dəstəyini və həmrəyliyini, həmçinin ölkəmizə göstərdiyi humanitar yardımı yüksək qiymətləndiririk. İkitərəfli münasibətlərimizin və bütün sahələrdə əməkdaşlığımızın çox müsbət dinamikasının davam etməsinə ümid edirik", – məlumatda bildirilib.

Siyasi       Tarix: 28 may 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta ən son xəbərlər bugün ən son xəbərlər son xeberler 2026