"Bu, ölkənin iqtisadi dayanıqlığını və rəqabət qabiliyyətini artırır" - ŞƏRH

Azad ticarətin, azad sahibkarlığın və bazar əsaslı iqtisadiyyatların müasir sistemi təxminən 200 il əvvəl formalaşmağa başlayıb. Bu prosesin bir çox iqtisadi quruluşlarda verdiyi səmərə dünya dövlətlərini prosesi təşviq etmək istiqamətində düşündürür.
Hansı yollarla liberal iqtisadiyyatın verdiyi faydadan daha çox yararlanmaq olar? Bu istiqamətin geniş yayılması üçün dövlət hansı tədbirlər həyata keçirə bilər? Son illər iqtisadçıların gündəmə gətirdiyi ən aktual məsələlər məhz bu suallar ətrafında toplaşıb. Beynəlxalq iqtisadi münasibətlərin fəal və önəmli aktoruna çevrilən Azərbaycanda da müvafiq sahə prioritet istiqamət kimi müəyyənləşdirilib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib. Bu parametrlər keçid dövrünü uğurla başa vurmuş ölkəmizdə mülkiyyətin çoxnövlülüyünün təmin olunması, bazar iqtisadiyyatı üçün qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlar institutunun formalaşması, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsi, ümumilikdə dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi və bu kimi digər məsələlərdə özünü göstərir.
İqtisadi inkişafın əsas elementlərindən biri də ölkədə azad sahibkarlıq və liberal iqtisadiyyat üçün əlverişli mühitin yaradılmasıdır. Çünki iqtisadiyyatın tərəqqisi üçün rəqabət mühiti və şaxəli şəkildə inkişaf olmalıdır. Liberal iqtisadiyyatın formalaşması üçün ölkədə azad rəqabət mühiti formalaşmalıdır. Azad rəqabət isə inhisarçılığın və monopoliyanın qarşısını kəsən əsas amildir.
Azərbaycanda həyata keçirilən iqtisadi siyasətdə əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun güclü inkişafına nail olunması mühüm aktuallıq kəsb edir. Qeyri-neft sektorunun hərtərəfli, sürətli və səmərəli inkişafının təmin edilməsinin ən zəruri şərtlərindən biri sahibkarlığın inkişaf etdirilməsi, ilk növbədə kiçik və orta biznes fəaliyyətinin səmərəliliyinin artırılmasıdır.
Beynəlxalq təcrübə göstərir ki, kiçik və orta biznesin səmərəli fəaliyyətinin təmin edildiyi şəraitdə istehsal olunan məhsul və xidmətlərin yarıdan çoxu, elmi texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinin 80 faizi, hər yeni açılan 3 iş yerindən 2-si həmin sahənin payına düşür. Eyni zamanda kiçik və orta biznes subyektləri əhalinin tələbatına daha həssas olduğundan, bazar konyukturunun dəyişiklərinə operativ reaksiya verib, istehsal və istehlak sferalarındakı müvafiq boşluqları daha effektiv şəkildə doldura bilirlər.
Bundan əlavə kiçik və orta sahibkarlıq orta təbəqənin formalaşmasının əsas mənbəyi kimi cəmiyyətdə zəruri sabitlik təmin edərək, ölkədə həyata keçirilən demokratik yönlü , mütərəqqi iqtisadi, hüquqi və siyasi islahatların dəstəklənməsinin sosial bazasını genişləndirir.
Azərbaycanda liberal iqtisadiyyatın inkişafı son illər diqqət mərkəzindədir. Xüsusən də son dövrlər ölkədə elmi əsaslara söykənən liberal iqtisadi sistemin qurulması istiqamətində mühüm addımlar atılır.
İqtisadçı Kənan Quluzadə KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi iqtisadi inkişafın və rəqabətqabiliyyətli bazar sisteminin formalaşmasının əsas şərtlərindən biridir.
Ekspertin sözlərinə görə, azad sahibkarlıq anlayışı şəxslərin və müəssisələrin iqtisadi fəaliyyətlə sərbəst məşğul olmaq imkanlarını əhatə edir.
"Lisenziya və icazələrin sadələşdirilməsi, yeni biznesin qurulması üçün əlverişli şəraitin yaradılması, əmlak hüquqlarının qorunması, maliyyə resurslarına çıxış imkanlarının artırılması, bürokratik əngəllərin aradan qaldırılması və vergi yükünün azaldılması bu istiqamətdə atılan mühüm addımlardandır", – deyə iqtisadçı vurğulayıb.
Kənan Quluzadə qeyd edib ki, liberal iqtisadiyyat modeli bazar mexanizmlərinə əsaslanır və burada dövlətin rolu daha çox tənzimləyici funksiyalarla məhdudlaşır.
"Rəqabət mühitinin qorunması, inhisarçılığın qarşısının alınması, xarici investisiyalara açıq mühitin formalaşdırılması, özəlləşdirmənin təşviqi, iqtisadi qərarların bazar iştirakçıları tərəfindən verilməsi və beynəlxalq iqtisadi inteqrasiyanın gücləndirilməsi liberal iqtisadiyyatın əsas prinsiplərindəndir", – deyə o, əlavə edib.
Ekspert hesab edir ki, bu yanaşmalar iqtisadi azadlıqların təmin olunması baxımından vacib olmaqla yanaşı, ölkənin ümumi iqtisadi dayanıqlığını və rəqabət qabiliyyətini də artırır.
Aynurə İsmayıl,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusuna uyğun olaraq dərc edilir.

Sosial       Tarix: 08 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

"WhatsApp"da yeni funksiyalar

"WhatsApp" istifadəçilərin gündəlik həyatını asanlaşdırmaq məqsədilə yeni funksiyalar paketini istifadəyə verib. Yeniliklər istifadəçilərə müxtəlif platformalarda ünsiyyəti daha rahat və fasiləsiz davam etdirməy

Rüfət Əhmədzadə vəfat etdi

Jurnalist, şair və tərcüməçi Rüfət Əhmədzadə vəfat edib. xəbər verir ki, onun vəfatı ilə bağlı məlumatı tanınmış jurnalist Rəbiyyə Zərdabi paylaşıb. . Qeyd edək ki, Rüfət Əhmədzadə uzun illər jurnalistika və ədəbi yaradıcılı

Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi

Baş Prokurorluğun vəsatəti əsasında Özbəkistan Respublikasının Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanı

AMB bu günün valyuta məzənnələrini açıqladı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, iyulun 28-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi 0,0359 manat təşkil edib. Rusiyanın 100 rublu 2,1806 manatadək

Aİ-95 benzin bahalaşacaq?

2026-cı ilin yanvar-may aylarında Azərbaycan 80,7 min ton mühərrik benzini idxal edib ki, bunun dəyəri 72,3 milyon ABŞ dolları təşkil edib. KONKRET.azxəbər verir ki, hesablamalara görə, 2026-cı ilin ilk beş ayında idxal edilə

Bu universitetə magistr qəbulu ləğv edildi

2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planında Naxçıvan Müəllimlər İnstitutu üzrə plan yeri nəzərdə tutulmayıb. -a istinadən xəbər verir ki, ötən il institut üzrə magistraturay

Milli Yaylaq Festivalında taxta konstruksiya aşdı - TƏBİB yaralıların vəziyyətini açıqladı

Göygöl rayonunda baş verən hadisə nəticəsində 25.07.2026-cı il tarixində saat 19:20 radələrindən etibarən 3 nəfər (qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər (2 kişi, 2 qadın) isə Gəncə Birləşmiş Xəstəxanasının nəzdind

Kürdəmirdə zəncirvari yol qəzası olub, bir nəfər ölüb

Kürdəmirdə baş verən qəzada ağır xəsarət alanlardan biri vəfat edib. xəbər verir ki, rayonun Yeni Şıxımlı kənd sakini, 1992- ci il təvəllüdlü Kamran Nadir oğlu Məmmədov xəstəxanada vəfat edib. /apa

Qızıl ucuzlaşdı - Son qiymətlər açıqlandı

Qlobal əmtəə bazarlarında qızıl və gümüşün qiymətlərində eniş qeydə alınıb. xəbər verir ki, birja göstəricilərinə əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin iyun fyuçerslər


son xeberler azerbaycan xeberleri yeni xeberler oxu.az xeberler siyaseti xeberler bugun cəbhədən son xəbərlər son xeberler bugun 2026 canli