İsveç MI6 modelinə bənzər yeni xarici kəşfiyyat xidməti yaradacaq

İsveç MI6 modelinə bənzər yeni xarici kəşfiyyat xidməti yaradacaqİsveç Böyük Britaniyanın MI6 xidmətinə bənzər fəaliyyət göstərəcək yeni xarici kəşfiyyat qurumu – Utrikes underrättelsetjänst (UND) yaratmağı planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu qərar İsveç kəşfiyyatının Ukraynada müharibə başlamazdan əvvəlki fəaliyyətinin qiymətləndirilməsindən sonra qəbul edilib.
"The Economist"in məlumatına görə, 2022-ci ildə İsveçin hərbi kəşfiyyatı MUST, bəzi digər Avropa xüsusi xidmət orqanları kimi, Rusiyanın hərbi əməliyyata başlayacağını əvvəlcədən proqnozlaşdıra bilməmişdi.
Stokholm belə nəticəyə gəlib ki, mövcud sistem hərbi prosesləri kifayət qədər izləsə də, digər ölkələrin siyasi rəhbərliklərinin qərarlarını yetərincə təhlil etmir.
Yeni xidmət MUST ilə paralel fəaliyyət göstərəcək və onun funksiyalarının bir hissəsini, o cümlədən xaricdə məxfi əməliyyatların koordinasiyasını öz üzərinə götürəcək. Parlamentin avqust ayında UND-nin yaradılmasını təsdiqləyəcəyi, qurumun isə gələn ilin yanvarından fəaliyyətə başlayacağı gözlənilir.
İsveç 2024-cü ilin martında NATO-ya üzv olaraq təxminən 200 illik hərbi neytrallıq siyasətinə son qoydu. Hazırda ölkə müdafiəyə ÜDM-in 2,8%-ni ayırır və bu göstəricini 2030-cu ilədək 3,5%-ə çatdırmağı planlaşdırır.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin İsveçin NATO-ya üzvlüyünün Rusiya üçün birbaşa təhlükə yaratmadığını bildirsə də, Skandinaviya ölkələrinin addımlarının beynəlxalq təhlükəsizlik sahəsində onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirə biləcəyini vurğulamışdı.
2025-ci ilin avqustunda isə İsveç Silahlı Qüvvələrinin rəhbəri Mikael Klaesson Rusiyanın NATO-nun reaksiyasını yoxlamaq məqsədilə kiçik bir ərazini ələ keçirməyə cəhd göstərə biləcəyini demişdi.
Putin isə dəfələrlə Rusiyanın NATO ilə münaqişə planlaşdırdığı barədə iddiaları təkzib edib.
Ağagül Mürsəlov,
KONKRET.az

Siyasi       Tarix: 27 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld


yeni xeberler son xeberler azerbaycan xeberleri xabar az son xeberler az xəbər az bugünki xəbərlər