Mixalkov Azərbaycana qarşı: Qusmanı "beşinci kolon" elan etdi

Mixalkov Azərbaycana qarşı: Qusmanı Lavrovun "media atəşkəsi" vədi yenidən puça çıxdı
Nikita Mixalkov "Besoqon" adlanan müəllif proqramında Rusiyadakı "beşinci kolon"dan danışarkən Mixail Qusmanı hədəfə çıxarıb.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Mixalkov Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Beynəlxalq Media Forumunda Qusman haqda çıxışının bu hissəsini efirə verib.
Sitat: "Mixail Qusmanı tanımayanlar üçün qeyd edərdim: o, Azərbaycan xalqının layiqli oğludur. Özü də dediyi kimi, təxminən 40 il Rusiyada ezamiyyədə olub, amma Azərbaycanla əlaqəni heç vaxt kəsməyib, həmişə bizimlə birlikdə olub, daim uğurlarımıza sevinib və çətinliklərə şərik olub".
Bundan sonra Mixalkov Qusmanı "gizli agent" adlandırıb.
Mixalkov Azərbaycana qarşı: Qusmanı O, Qusmanın Rusiyada TASS agentliyində uzun müddət rəhbər post tutduğunu deyib, ona bu illər ərzində yaşadığı ölkənin hansı orden və meddallarının verildiyi sıralayıb.
"2025-ci ildə isə görünür, ona verilmiş tapşırıqları yerirə yetirərək öz tarixi vətəninə qayıdıb" deyə, o heç bir əsası olmadan həm Azərbaycan, həm də ölkəsinin hüdudlarından çox-çox kənarda da tanınmış jurnalistə qara yaxmağa çalışıb.
Sirr deyil ki, Mixalkov son illərdə film çəkmək peşəsini buraxıb, Kremlin ideoloji təbliğatına xidmət edən əsas fiqurlardan birinə çevrilib. Mixalkovun bu hədyan çıxışı Kremlin informasiya siyasətində Azərbaycana "atəşkəs təklif" etdiyi vaxta təsadüf etməsi diqqət çəkir.
Belə ki, bir neçə gün əvvəl Moskvada rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki ölkənin informasiya məkanındakı mənfi fondan gileylənmişdi. Nazirin sözlərinə görə, iki ölkənin kütləvi informasiya vasitələri arasında birbaşa əməkdaşlıq müxtəlif anlaşılmazlıqların aradan qaldırılmasına və hadisələrin daha obyektiv təqdim edilməsinə xidmət edə bilər.
"Biz maraqlıyıq ki, iki ölkənin media qurumları arasında birbaşa əlaqələr müxtəlif anlaşılmazlıqları aradan qaldırsın və münasibətlərin obyektiv işıqlandırılmasını təmin etsin. Təəssüf ki, bu münasibətləri hər iki tərəfdən mənfi şəkildə təqdim etmək istəyənlər kifayət qədərdir", – deyə, Lavrov vurğulamışdı.
Mixalkov Azərbaycana qarşı: Qusmanı Yada salaq ki, 2022-ci il 22 fevralında iki ölkə rəhbəri arasında Moskvada imzalanmış müttəfiqlik haqqında bəyannamənin 41 və 42-ci bəndlərində də tərəflərin media, humanitar və informasiya sahəsində əlaqələri inkişaf etdirməsi, obyektiv informasiya mühitinin təşviq olunması və qarşılıqlı informasiya əlaqələrinin dəstəklənməsi nəzərdə tutulur.
Amma elə həmin ilin iyununda "RİA Novosti" agentliyinin Azərbaycanın ərazi bütövlüyünə zidd material yaydı, rəsmi Bakı buna etiraz olaraq onları ölkəmizdə blokladı (hələ də davam edir). Bu cür anti-Azərbaycan ritorikası Rusiya mediasında davamlı olaraq müşahidə edilir. Elə çox da uzaq olmayan keçmişdə "Rossiya 1″ dövlət telekanalında yayımlanan reportajda hazırda Ukraynada döyüşən ermənilərin geyimində "artsax" yazılı şevronlar və separatçı simvollar nümayiş etdirilib.
Mixalkovun dövlətin maliyyələşdirdiyi kanalda Azərbaycanı Rusiyada "beşinci kolon" yaratmaqda günahlandırması cəhdi əslində Lavrovun verdiyi sözünün heç bir mötəbərliyinin olmadığına da işarədir. Rəsmi Bakının məsələyə reaksiyası hələ yoxdur.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ildə Mixalkovu ölkələr arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Mixalkovu "Dostluq" ordeni ilə təltif edib. Mixalkovun dostluğa cavabı da ilk dəfə deyil ki, bu qədər qərəzli olur.
Nəhayət, bir repklika ilə yekunlaşdıraq. Mixalkov ənənəvi olaraq proqramın sonunda "stop"ka vurur. Belə görünür ki, bu dəfə Mixalkov arağı əvvəldən, həm də çox vurub…

Siyasi       Tarix: 27 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis


yeni xeberler son xeberler azerbaycan xeberleri xabar az son xeberler az xəbər az bugünki xəbərlər