Bu ölkənin Şengen zonasına üzvlüyü TƏSDİQLƏNDİ
Avropa İttifaqının (Aİ) hökumət başçıları Xorvatiyanın Şengenə daxil olmasını təsdiqləyib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel mətbuat konfransında deyib:
"Biz Xorvatiyanın Şengen zonasına qoşulmasını təsdiqlədik. Ümid edirik ki, Bolqarıstan və Rumıniya 2023-cü ildə Şengenə qoşulacaq".
Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen bildirib ki, AK Bolqarıstan və Rumıniyanın ən qısa zamanda Şengenə qoşulması üçün əlindən gələni edəcək.
Qeyd edək ki, Aİ-nin Daxili İşlər və Ədliyyə Şurasının dekabrın 8-də Brüsseldə keçirilən iclasında Xorvatiyanın Şengen zonasına qoşulması təsdiqlənib. Bolqarıstan və Rumıniyanın müraciətləri isə Avstriya və Niderland tərəfindən rədd edilib.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO