Bu qonşumuz dünyada turistlər üçün sərhədini açan ilk ölkə olmaq niyyətindədir
Bu qonşumuz dünyada turistlər üçün sərhədini açan ilk ölkə olmaq niyyətindədir
"Mövcud sərt şəraitdə Gürcüstanın turistləri dəvət edən ilk ölkələrdən biri olmasını təmin etmək üçün fəal işləyirik".
"Sputnik Gürcüstan" xəbər verir ki, bunu ölkənin İqtisadiyyat naziri Natia Turnava turizm sənayesinin nümayəndələri ilə onlayn görüşdə deyib.
Pandemiya nəticəsində Gürcüstanda ən çox turizm sənayesi zərər çəkib. Hələ mart ayında turizm gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 70 faiz azalıb.
"Biz Gürcüstanın turizm bazarının xarici qonaqlar üçün etibarlı olması və sərt məhdudiyyətlərin ilk olaraq aradan qaldırılmasını təmin etmək üçün Ümumdünya Turizm Təşkilatı ilə fəal işləyirik. Əlbəttə ki, bu, yalnız ciddi nəzarət altında mümkündür", - deyə N.Turnava bildirib.
O qeyd edib ki, Gürcüstanda hakimiyyət turizm sənayesinə ilk gündən kömək edir:
"Turizm sənayesinin böhrandan əvvəl olduğu kimi gəlirli və cəlbedici olması üçün zamana ehtiyac var. Biz Gürcüstanın pandemiyaya qalib gələrək, sərhədləri açan ilk ölkələrdən biri olacağına ümid edirik". /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var