"Bu səfərdən biz heç nə qazanmadıq" - Paşinyan Misir səfərindən məyus olub
"Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hakim "Mülki Müqavilə" partiyası ilə qapalı iclasda Misirə iki günlük rəsmi səfəri "adi" adlandırıb".
KONKRET.az xəbər verir ki, bu barədə "Hraparak" yazıb.
Nəşrin yazdığına görə, Paşinyan məyusluğunu gizlətməyib: "Onlar bu səfərdən hökumət vəsaitlərinin israf edilməsindən başqa heç nə almadılar".
Qəzet xatırladır ki, "Misir səfəri ilə bağlı rəsmi məlumatda Paşinyanın Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə məhsuldar danışıqlar apardığı bildirilirdi".
Martın 5-də Ermənistanın baş nazirinin ofisinin mətbuat xidməti Paşinyanla əs-Sisi arasında keçirilən görüşdən sonra Ermənistan və Misirin iqtisadiyyat, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq memorandumları imzaladığını bildirib. Ermənistanın baş naziri ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib. Elə həmin gün Misir prezidenti ilə görüşdən sonra Paşinyan bildirib ki, Ermənistan Qəzza zolağına humanitar yardım göndərməyi planlaşdırır.
Natiq Səlim,
KONKRET.az

Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto