Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA
Əmək pensiyalarının təyinatı bütün vətəndaşlar üçün eyni qaydada həyata keçirilmir. Xüsusi əmək şəraiti, xidmət sahəsi və tutduğu vəzifəyə görə bəzi şəxslər fərqli pensiya təminatı hüququ əldə edirlər.
Bəs xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filial hansı şəxslərin əmək pensiyalarını müəyyən edir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filial "Əmək pensiyaları haqqında" Qanunun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərə əmək pensiyaları təyin edir.
Asif İbrahimov
Onun sözlərinə görə, həmin maddələrdə nəzərdə tutulan şəxslər arasında ağır və zərərli əmək şəraitində çalışanlar da yer alır:
"Bu kateqoriyaya vəzifələri Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq siyahıda nəzərdə tutulan, ağır və zərərli sahələrdə çalışan şəxslər daxildir".
Mütəxəssis qeyd edib ki, xüsusi şərtlərlə əmək pensiyası təyin olunan şəxslərin dairəsi bununla məhdudlaşmır.
Onun sözlərinə görə, bu kateqoriyaya mülki aviasiya sahəsində çalışan şəxslərin müəyyən hissəsi, hərbi qulluqçular, prokurorluq orqanlarının əməkdaşları, dövlət qulluqçuları, Milli Məclisin deputatları, Mərkəzi Seçki Komissiyasının üzvləri və digər kateqoriyalara aid şəxslər də daxildir.
Aynurə İsmayıl
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)
İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı
Reper Navainin anası danışdı: 'Oğlumu şərləyiblər
Survivor 2027'nin kapitanları onlar oldu
"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab
Stresə qarşı ən yaxşı vasitə açıqlandı
Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi
"Barselona" rekord qırdı
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"– Binəli Yıldırım danışdı
İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Derimod-un "Vision 2030" yolunda yeni mərhələ: Bakı
Bakıda məktəb mühafizəçisinə hücum edildi
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto
Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı