Bu şəxslərə Qazaxıstanda 10 illik yaşayış icazəsi VERİLƏCƏK - FOTO

Bu şəxslərə Qazaxıstanda 10 illik yaşayış icazəsi VERİLƏCƏK - FOTO2023-cü ilin iyul ayından etibarən etnik qazaxlara tarixi vətənlərinə sadələşdirilmiş giriş üçün "Ata Joly" ("Əcdadlar yolu") kartının verilməsinə başlanacaq.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, yeni sənədin təqdim edilməsində məqsəd tarixi vətənlə əlaqələrin möhkəmləndirilməsi, milli adət-ənənələrin qorunub saxlanılması və uğurlu iş adamlarını ölkəyə cəlb etməkdir.
Belə ki, kart xaricdə yaşayan etnik qazaxlara başqa ölkənin vətəndaşlığını itirmədən veriləcək. Kart sahibi Qazaxıstana daxil olduqdan sonra 10 il müddətinə yaşayış icazəsi alacaq.
Qeyd edək ki, 1991-ci ildən sonra daimi yaşamaq üçün öz vətənlərinə gələn etnik qazaxlara verilən "kanda" statusu da mövcuddur.
"Ata Joly" kartının sahibi kandalardan fərqli olaraq xarici vətəndaşlığını saxlayacaqlar. Həmçinin, kart sahibi iş və ya biznes üçün region seçə biləcək.
Digər tərəfdən kart sahibinin Qazaxıstan vətəndaşından fərqli olaraq respublikanın dövlət və yerli özünüidarəetmə orqanlarına seçmək və seçilmək, referendumda iştirak etmək hüququ yoxdur.
Belə ki, "Ata Joly" sahibi Qazaxıstan vətəndaşlığını aldıqda kart etibarsız sayılır.
Məlumata görə, bu ilin əvvəlindən 8034 etnik qazax öz tarixi vətənlərinə qayıdıb və kanda statusu alıb. Ümumilikdə 1991-ci ildən bu yana 1 milyon 115,1 min etnik qazax respublikaya qayıdıb. 2023-cü ilin əvvəlindən Qazaxıstana gələn kandaların yarıdan çoxu, 54,2% Özbəkistandan, 20,1% Çindən, 11% Rusiyadan, 6,4% Monqolustandan, 4,9% Türkmənistandan və 3,3% digər ölkələrdəndir.
Bu şəxslərə Qazaxıstanda 10 illik yaşayış icazəsi VERİLƏCƏK - FOTOİqbal Rzayev,
KONKRET.az

Siyasi       Tarix: 06 iyun 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v


azerbaycan xeberleri yeni xeberler son xeberler qurban bayrami 2026 son xeberler bugun sonxabar az maşın realiti şou