Bu şəxslərin pensiyası həyat yoldaşına VERİLƏCƏK

Bu şəxslərin pensiyası həyat yoldaşına VERİLƏCƏKAilədə baş verən ölüm hadisəsi həm mənəvi, həm də maddi baxımdan ciddi çətinliklər yarada bilər. Xüsusilə də ailənin əsas gəlir mənbəyi olan şəxsin vəfatı, geridə qalan ailə üzvləri üçün gündəlik xərclərin qarşılanmasında çətinliklər doğura bilər. 
Bu səbəbdən bir çox insanın ağlında eyni sual yaranır: rəhmətə gedən həyat yoldaşının aldığı pensiya, ya da pensiya hüququ digər ailə üzvünə, xüsusən də həyat yoldaşına keçə bilərmi?
Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli News24.az-a açıqlamasında mövcud qanunvericiliyin bu istiqamətdə hansı hüquqları tanıdığını şərh edib:
"Həyat yoldaşını itirən şəxsin onun pensiyasını almaq hüququ var, lakin bu hüquq müəyyən şərtlər çərçivəsində tətbiq olunur. Belə ki, əgər cütlük rəsmi nikahda olubsa və hər iki tərəf pensiya yaşına çatmışdırsa, bu zaman ər və ya arvad öz həyat yoldaşının pensiyasını "ailə başçısını itirməyə görə pensiya" formasında ala bilər. Əgər bu hadisə baş verməzdən əvvəl qadın və kişi ayrılıbsa, bu zaman xanıma həmin pensiyadan heç nə düşmür. Yox əgər hər iki şəxs evlidirsə, kişi və qadın pensiya yaşına çatıbsa və kişi dünyasını dəyişibsə, o şəxsin pensiyası qadına verilə bilər".
İqtisadçının sözlərinə görə, bu hüquq yalnız qadınlar üçün deyil, kişilər üçün də keçərlidir. Yəni, vəfat edən şəxs qadındırsa, onun pensiyasını da kişi həyat yoldaşı ala bilər.
"Lakin burada vacib bir məqam da var. Əgər vəfat edən şəxsin pensiyası, sağ qalan həyat yoldaşının aldığı pensiyadan yüksəkdirsə, bu zaman onun pensiyasını almaq mümkündür. Əks halda, yəni vəfat etmiş şəxsin pensiyası daha aşağıdırsa, dəyişiklik edilmir və mövcud pensiya ödənişi saxlanılır. Əgər vəfat edən şəxsin pensiyası alacaq olan şəxsin aldığı pensiyadan çoxdursa, o zaman ala bilər".
Akif Nəsirli qeyd edib ki, rəsmi nikahda olan həyat yoldaşları, hər iki tərəf pensiya yaşına çatmış, sağ qalan şəxsin pensiyasından yüksək olan şəxslər bu hüquqdan yararlana bilər. Lakin ayrılmış (boşanmış) şəxslər bu hüquqdan yararlana bilməzlər / azxeber.com

İqtisadiyyat       Tarix: 06 may 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeberler xeberler bugun son xeberler 2026 kriminal xeber