Bu şəxslərin pensiyası kəsildi
Əllərində anadangəlmə ciddi pozuntu olan Sabirabadın Bulduq kənd sakini 23 yaşlı Vüsal Seyidovun pensiyası kəsilib.
azxeber.com xezerxeber.az-a istinadən bildirir ki, o, təxminən 6 ay bundan əvvələ qədər pensiya alırmış.
Əl və barmaqlarındakı deformasiyaya görə əmək qabiliyyəti yoxdur.
Vüsal Seyidov təqaüdü kəsildikdən sonra aidiyyəti üzrə müraciət etsə də, ona rədd cavabı verilib.
Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyin şöbə müdiri Tural Qurbanov bildirib ki, 2000-ci il təvəllüdlü Vüsal Seyidovun əlilliyi həm elektron-sistem vasitəsilə, həm də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertləri tərəfindən əyani baxış zamanı qiymətləndirilib. Hər iki qiymətləndirmə zamanı müəyyən edilib ki, vətəndaşın əlinin bu cür funksional pozuntusu Nazirlər Kabinetinin 187 nömrəli Qərarına uyğun olaraq əlillik təyinatına əsas vermir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi