"Bu sözlərini eşitməmək üçün ağzını-burnunu sıxdım, gördüm ki, ölüb

"Bu sözlərini eşitməmək üçün ağzını-burnunu sıxdım, gördüm ki, ölübGəncə şəhərində bir ay itkin kimi axtarışda olduqdan sonra meyiti tapılan 19 yaşlı Pərvin Musayevanın hansı səbəbdən qətlə yetirildiyi məlum olub.
Open.az-ın məlumatına görə, tələbə yoldaşı 20 yaşlı Sərdar Cəfərovla sevgili olan Pərvinin onunla münasibətləri fevral ayından pisləşməyə başlayıb.
Fevralın 19-da cütlük sonuncu dəfə görüşüb. Sərdarın maşınında söhbət edərkən Pərvin ona ayrılmaq istədiyini deyib, oğlan isə yenidən barışmaq üçün israr edib. İlkin məlumata görə, Pərvin ondan əl çəkməsi üçün oğlana yalan deyərək başqa birini sevdiyini bildirib.
Sərdar Cəfərov istintaqa ifadəsində deyib ki, keçmiş sevgilisinin bu sözləri ona pis təsir edib və onun başqa sevgilisi olduğu barədə sözləri eşitmək istəməyib: "Onun bu sözlərini eşitməmək üçün Pərvinin ağzını, burnunu, boğazını əlimlə tutub sıxdım, qışqıraraq "Kəs səsini, sus, danışma" deyirdim. Onu öldürmək fikrim yox idi. Sonra gördüm ki, huşunu itirdi. Bir müddət sonra öldüyünü bildim və nə edəcəyimi bilmirdim".
Bundan sonra Sərdar sevgilisinin meyitini maşınında qoyaraq marketə gedib və oradan 10 ədəd "skoç" alıb. Yenidən maşına qayıdaraq qızın bütün bədənini "skoç"la bağlayıb. Daha sonra onu avtomobilində "Avtozavod" qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə apararaq oraya atıb.
Pərvin Musayevanın axtarışda olduğu bir ay ərzində Sərdar Cəfərov dəfələrlə dindirilsə də, həmin görüşdən sonra qızın çıxıb getdiyini və daha sonra məlumat almadığını deyirmiş. Polisin onu dindirdiyi sonuncu ifadə zamanı isə sevgilisini öldürdüyünü etiraf etməli olub.
Qeyd edək ki, Pərvinlə Sərdar tələbə olublar. Hər iki tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. S. Cəfərov Mühdəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisası, Pərvin Musayeva isə Aqronomluq fakültəsinin Subioehtiyatları və Akvabitkilər ixtisası üzrə ikinci kurs tələbələri olublar. Onlar ali məktəbə hazırlaşmaq üçün eyni hazırlıq kursuna gediblər.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sərdar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Qafqazinfo

Hadisə       Tarix: 30 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Xaçmazda ağır qəza: ölən var

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb. xəbər verir ki, Rahim Rasim oğlu Nəsirovun idarə etdiyi "Şevrolet Kruz" markalı avtomobillə piyada Məhərrəm Şirnəli oğlu Baxışovu vurub. Nəticədə piyada hadisə yerind

Milyarderin oğlu dayanacaqda öldürüldü – FOTO

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. -a istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə

Məktəbli motosiklet qəzasında öldü

Siyəzən rayonunda 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində rayonun Böyük Həmyə kəndində baş verib. Kənd məktəbini

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntülər cəbhədən ən son xəbər en son xeber bugünkü son xəbərlər