Bu tarixdən sonra ev tikənlər çıxarış ala bilməyəcəklər

Bu tarixdən sonra ev tikənlər çıxarış ala bilməyəcəklərAzərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsində dəyişiklik edilib. Bu ilin oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq.
Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır. Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Referans.az-a bildirib ki, bu qanun keçən il oktyabr ayının 1-dən sonra tikilən evlərə şamil olunacaq:
"Oktyabr ayının birindən sonra əgər hər hansısa bir ev tikilirsə, tikilib qurtarırsa, tikilmək üzrədirsə, onların çıxarışı olmadığı halda onlara kommunal xidmətlərin çəkilişi həyata keçirilməyəcək. Amma bu qanun yalnız fərdi həyət evlərinə şamil olunur, yəni bu oktyabr ayından əvvəl tikilmiş sənədsiz fərdi və qeyri-yaşayış evlərinə aid deyil. Hazırda Bakıda və Bakıətrafı ərazilərdə 100 minlərlə evlər var ki, tikilib və hələ də onların sənədi yoxdur. Evin sənədi yoxdur, amma qaz, işıq, su, istilik və digər kammunal xidmətlər var. Onlar təbii ki, birmənalı olaraq toxunulmaz olaraq qalır".
Ekspert hesab edir ki, yenilik əmlak bazarına pis təsir edəcək. Onun sözlərinə görə, yeni qaydanın tətbiqi çıxarışlı torpaqların qiymətinin artmasına səbəb olacaq, bu isə bir əmlak bazarına bir sıra mənfiliklər yaradacaq: "Belə olduğu halda çıxarışlı torpaqların qiyməti artır və digər torpaqlara isə tələbat azalır. Əgər vətəndaş ev tikib daha sonra ora qaz, işıq, su və digər lazımi kommunal xidmətləri çəkdirə bilməyəcəksə, həmin ərazidən ev almırlar. Hazırda çox insanlar var ki, torpaq alıb ev tikiblər, amma sənəd ala bilmədikləri üçün bu sahəyə yatırdıqları kapital məhv olub".
Çıxarışsız torpaqların qiyməti, hansı ki ora kommunal xidmətlər çəkilə bilməyəcək o torpaqların qiyməti düşür, digərləri isə artır – deyə Elnur Fərzəliyev əlavə edib.
Xatırladaq ki, Azərbaycan Prezidentinin Fərmanı ilə Cinayət Məcəlləsinə edilən dəyişikliklərə görə cəza tədbirləri nəzərdə tutulub. Belə ki, oktyabrın 1-dən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması – 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. / azxeber.com

Sosial     Baxılıb: 169   Tarix: 18 yanvar 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Vlada Axundovanın ölümünə səbəb olan sürücü ilə bağlı qərar

Ötən il Səbail rayonu Bayıl qəsəbəsində tanınmış müğənni Vlada Axundovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"ya istinadən xəbə

Manatla bağlı MÜHÜM NÜANS: "Vəziyyət pisləşərsə, o zaman... "

Son illərdə Azərbaycanda milli valyuta – manatın dövretmə sürətinin azalması, iqtisadi aktivliyin nisbətən ləngiməsi və əhalinin xərcləmə davranışında müşahidə olunan dəyişikliklər yeni müzakirələrə səbəb olub. Mövcud tendensiyala

Salyanda ev yanaraq kül oldu

Salyan rayonunda yanğın hadisəsi baş verib. Unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Şəkərli kəndində qeydə alınıb. Kənd sakini Şahbazov Təyyar Vəlixan oğluna məxsus dörd otaqlı fərdi yaşayış evində anidən yanğı

Mühüm gəlişmə: Azərbaycanda dollar kəskin ucuzlaşır? – 1,60 manat…

Neft qiymətlərinin artması fonunda Azərbaycan iqtisadiyyatında canlanma gözlənilir. Neft gəlirlərinin çoxalması ölkəyə daha çox valyuta daxil olmasına zəmin yaradır ki, bu da manatın möhkəmlənməsinə təsir edə bilər. Bu vəziyyə

BŞDYPİ hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ

"Yağışlı hava şəraiti hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır".  xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) müraciətind

Yazın ən şanslı bürcləri açıqlandı - Milyonluq fürsət, sevgi və səyahət

2026-cı ilin yaz ayları bəzi bürclər üçün xüsusilə uğurlu və dönüş nöqtəsi kimi qiymətləndirilir.  Xarici astroloqların proqnozlarına görə, mart, aprel və may aylarında planetlərin mövqeyi bir sıra bürclərə maliyyə qazancı

Avro qalxmağa davam edir - Bazarda son dəyişikliklər

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. -ın Mərkəzi Banka istinadən məlumatına görə, aprelin 8-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, türk lirəsi isə 0,0381 manat təşkil edib. Avronu

Ağdaban faciəsindən 34 il ötür

Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 34 il ötür. xəbər verir ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni hərb

DİQQƏT: Yanacaq qiymətlərinin artması bu avtomobilləri bahalaşdıracaq

Son dövrlərdə yanacaq qiymətlərində müşahidə olunan artım təkcə gündəlik xərclərə deyil, bütövlükdə iqtisadi proseslərə də təsir göstərməkdədir. Xüsusilə, avtomobil bazarı bu dəyişikliklərə daha həssas reaksiya verən sahələrdə


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler azerbaycan butun xeberler bu gunun xeberleri haqqinda melumat sonxəbərlər