"Bu, tarixi və Avropanı xilas edən bir müqavilədir" – İLGİNC AÇIQLAMA
Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumu imzalanıb. İmzalanma mərasimi ölkə başçısı İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen arasında baş tutan görüş çərçivəsində keçirilib.
Mövzunu KONKRET.az-a şərh edən Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bunun tarixi bir müqavilə olduğunu deyib: "Bu müqaviləni iki mühüm aspektdən qiymətləndirmək lazımdır. Birincisi iqtisadi, ikincisi isə regional siyasi aspektdir. Regional siyasi aspektdən yanaşsaq, Avropa İttifaqının Azərbaycanı təktərəfli tərəfdaş kimi ciddi qəbul etməsi Qərbin enerji təhlükəsizliyi baxımından çox mühüm rol oynayır. İkinci mühüm məqam ondan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təminatında Azərbaycan çox önəmli bir rol oynayır. Müharibədən sonra ölkəmiz üzərində müəyyən beynəlxalq güclər hansısa maraqların müdafiəsi ilə bağlı planlar həyata keçirməyə çalışırdılar. Ancaq Azərbaycan Prezidentinin son açıqlamaları və Avropa Komissiyasının sədri ilə imzalanan müqavilə göstərdi ki, bizim öz yolumuz var. Azərbaycan beynəlxalq tərəfdaşlarla müstəqil şəkildə fəaliyyət qurmaq üçün heç bir xarici qüvvənin diqtəsinə ehtiyac duymur".
Əziz Əlibəylinin sözlərinə görə, imzalanan müqavilə çərçivəsində Avropa İttifaqı tərəfindən Azərbaycana milyardlarla investisiya qoyulacaq: "Bu, çox önəmli məsələdir. Qərbin xilasında Azərbaycanın oynadığı rol o qədər mühüm səviyyəyə gəlib çatıb ki, Avropa İttifaqı bunu milyardlarla investisiyanı qoyacağı ilə təsdiq etmiş oldu. İnvestisiya təkcə müəyyən infrastrukturun bərba edilməsi üçün qoyulmayacaq. Bu həm də ona görə ediləcək ki, Qarabağda enerji potensialı qiymətləndirilsin və ondan istifadə olunsun. Eləcə də Şərq Tərəfdaşlığı çərçivəsində yeni neft və qaz marşrutları üzərində işlər aparılsın. Bu isə gələcəkdə müqavilə üçün yeni baza rolunu oynayacaq".
Ekspert əlavə edib ki, Avropa İttifaqı-Azərbaycan arasında qarşılıqlı inteqrasiya prosesində unikal bir dönəm formalaşır: "Azərbaycan Avropaya verdiyi qazı iki dəfə artırmış olacaq. Dərhal sonra isə Azərbaycan mərkəz seçilməklə Qazaxıstanın, Türkmənistanın və Özbəkistanın bu proseslərə cəlb edilməsinin şahidi olacağıq. Azərbaycanın Özbəkistan və Türkmənistanla bağladığı strateji tərəfdaşlıq müqavilələri məhz buna hesablanıb. Ona görə də, çox mühüm qaz tədarükünün ikiqat səviyyəyə qaldırılması və daha sonra artımla müşahidə edilməsi Azərbaycan vasitəsi ilə mümkün olacaq. Yəni bu, tarixi və Avropanı xilas edən bir müqavilədir".
Müşviq Tofiqoğlu,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?