"Bu templə ölkəmiz tezliklə dünyanın ən qabaqcılları sırasına çıxacaqdır"

"Bu templə ölkəmiz tezliklə dünyanın ən qabaqcılları sırasına çıxacaqdır"Ölkədə infrastuktur sahəsində görülən işlər sırasında elektroenergetikanın yenidən qurulması, inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində həyata keçirilən işlər xüsusi yer tutub və tutmaqda da davam edir. 
Bunu Milli.Az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.
O bildirib ki, 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq "Qobu" yarımstansiyasının inşası və 385 meqavatlıq eyni adda Elektrik Stansiyasının təməlinin qoyulması bunun növbəti təzahürüdür. 
"Bu templə ölkəmiz tezliklə dünyanın ən qabaqcılları sırasına çıxacaqdır""Bunların əhəmiyyətini bütün detalları ilə qeyd etməyə, geniş açıqlamağa ehtiyac görmədən nəzərə çatdırmaq istəyirəm ki, ölkədə generasiya güclərinin sayını artırmaq qarşıya bir vəzifə olaraq fasiləsiz bir iş kimi qoyulub. Çünki enerji təminatına tələbat ardıcıl artan prosesdir və bunu qarşılamaq daimi vəzifə xarakteri daşıyır. Belə ki, əhalinin sayı artır, iqtisadiyyat inkişaf edir, yeni-yeni sənaye obyektləri yaranır, müəssisələr açılır və sair... Sözün qısası, enerjisiz hərəkət və inkişaf olmadığı üçün, birinci bu məsələ həllini tapmalıdır.
Təəssüf ki, sözügedən istiqamətdə indiyədək görülən işlər - həyata keçirilən tədbirlər heç də keyfiyyətli xarakter daşımayıb. Söhbət, xərclənilən vəsaitlərin müqabilindən gedir. Bəli, elektrik enerjisi potensialımız 2004-cü ildəki səviyyədə deyil, ötən müddət ərzində 30-dan çox elektrik stansiyası tikilib istifadəyə verilib, ölkəmizdə ixrac üçün əlavə elektrik enerjisi həcmi yaranmış, idxalçıdan ixracçıya çevrilmişik və sair. Amma 2018-ci ilin yayında təkcə "Mingəçevir" İstilik Elektrik Stansiyasında baş verən məlum qəza nəticəsidə demək olar, bütün ölkə "qaranlığa büründü". Bu nəyi göstərdi? Əvvəla, neçə illər ərzində elektroenergetika sahəsində həm dövlət büdcəsi, həm kreditlər, sözün qısası, külli miqdarda vəsaitlər hesabına görülən işlərə rəğmən, adı çəkilən stansiyada heç bir təmir işləri aparılmamış, stansiya müasirləşdirilməmişdir. İkincisi isə, bütün ölkə faktiki "Mingəçevir" İstilik Elektrik Stansiyasından asılı vəziyyətdə imiş. Təqribən, 40 faizdən çox...
Ancaq son 2 ildə görünən və qeydə alınan əsas müsbət tendensiya və dəyişikliklər nədən ibarətdir: Birincisi, "Mingəçevir" İstilik Elektrik Stansiyasında çox böyük işlər həyata keçirildi, stansiya bərpa edildi, yenidən quruldu, istismar müddəti artırıldı. İkincisi, digər mövcud generasiya gücləri üzrə də bərpa və yenidənqurma işləri aparılmaqla yanaşı, yeni güclər işə salınması tendensiyası start götürüb. Üçüncüsü, Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalı artıq, "gözdən pərdə asmaq" istəyindən və reallığından əsas hədəfə çevrilib. İlin əvvəlində iki böyük beynəlxalq şirkətlə 440 meqavat generasiya gücü olan Günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar müvafiq sənədlər imzalanmışdır. Özü də sırf xarici investisiyalar hesabına... Dördüncüsü isə, dövlət başçımız xarici və yerli investorları istilik elektrik stansiyalarının tikintisinə dəvət edir. Hansı ki, bu, ölkəmiz üçün elektroenergetika sferasının nə dərəcədə böyük əhəmiyyət və vacib xarakter daşıdığını göstərir. 
Bu templə hesab edirəm ki, ölkəmiz tezliklə sözügedən sahədə həm səmərəlilik baxımından, həm təhlükəsizlik, həm güclü və davamlı, etibarlı təminatçı olmaq sarıdan dünyanın ən qabaqcıl ölkələri sırasına çıxacaqdır.
Bəxtiyar Umarlı
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 22 avqust 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB


azerbaycan xeberleri yeni xeberler son xeberler idman xeberleri krminal bu gun son xeber.az xeber.az