Berlin Türk-Alman İşəgötürənlər Birliyində Marsol Group nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilib - FOTOLAR
Azərbaycanlı sahibkarların beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi və Avropa bazarlarında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilən Marsol Group-un Avropa səfəri çərçivəsində 26 oktyabr tarixində Almaniyanın paytaxtı Berlində növbəti işgüzar görüş baş tutub.
AZXEBER COM xəbər verie ki, səfər Marsol Group partnyorlarının iştirakı ilə reallaşıb və Avropada biznes münasibətlərinin inkişafı, təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının araşdırılması məqsədlərini daşıyıb.
Berlin mərhələsi çərçivəsində sahibkarlar Berlin Türk-Alman İşəgötürənlər Birliyində (TDU) qonaq olublar. Görüş zamanı TDU-nun sədri Remzi Kaplan təşkilatın fəaliyyəti, Almaniyada işgüzar mühitin xüsusiyyətləri və türk iş adamlarının ölkə iqtisadiyyatındakı rolu barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev İCMA və Marsol Group-un fəaliyyəti, həyata keçirilən layihələr və Avropa səfərinin məqsədləri barədə məlumat təqdim edib. O, səfərin əsas məqsədinin Azərbaycan sahibkarlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi, Avropa bazarlarına çıxış imkanlarının artırılması və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi olduğunu vurğulayıb.
Görüşdə iştirak edən Marsol Group partnyorları, Almaniyada çalıșan azərbaycanlı və türkiyəli iş adamları da öz fəaliyyət istiqamətləri barədə məlumat verərək qarşılıqlı tanışlıq aparıblar. Müzakirələr zamanı Almaniyada biznesin inkişaf perspektivləri, iki ölkə sahibkarları arasında əməkdaşlıq və ortaq layihələrin reallaşdırılması imkanları müzakirə olunub.
Eyni zamanda, hər iki qurumun – Marsol Group və TDU-nun üzvü olan "Arter" şirkətinin rəhbəri Anar Nəbiyev də görüş zamanı Almaniyada biznes imkanları və sahibkarlıq mühiti ilə bağlı öz təcrübələrini bölüşüb.
Tərəflər belə görüşlərin Azərbaycan və Türkiyə iş dünyası nümayəndələri arasında biznes əlaqələrinin dərinləşməsinə və birgə təşəbbüslərin həyata keçirilməsinə mühüm töhfə verdiyini bildiriblər.
Tədbirin sonunda Berlin Türk-Alman İşəgötürənlər Birliyi tərəfindən Marsol Group nümayəndə heyətinə xatirə hədiyyəsi təqdim olunub.








/ azxeber.com

Mixalkov Azərbaycana qarşı: Qusmanı "beşinci kolon" elan etdi
Şəhid atası vəfat etdi - Fotolar
Ukrayna müharibənin başlanğıcından bəri ən güclü mövqeyindədir
İlham Əliyev Maldiv prezidentinə məktub ünvanladı
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
"Çirkin"in aktyoru nişanlandı - Foto
Aİ Azərbaycan bankına qarşı sanksiyaları ləğv etdi
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
Türkiyədə hakim partiyanın yerli təşkilat rəhbəri qohumları ilə birlikdə güllələnərək öldürülüb
Ordumuzun daha bir giziri VƏFAT ETDİ - FOTO
7 nəfərin xəsarət aldığı festival: Təşkilatçı hansı şirkətdir?
İsveç MI6 modelinə bənzər yeni xarici kəşfiyyat xidməti yaradacaq
Ağstafada ağır qəza: Ölən və xəsarət alan var
Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək
Cəlilabadda ev tamamilə yandı