"Bu vaxtadək Azərbaycandan Türkiyəyə 750 tondan çox qida göndərilib
"Millətimizin yaşadığı bu dağıdıcı zəlzələdə həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm. Millətimizin başı sağ olsun, ölənlərin ailələrinə, yaxınlarına səbir diləyirəm. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin bütün qurumları təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün çalışırlar. Allahın izni ilə bu ağır günləri ən qısa zamanda geridə qoymaq üçün canla-başla çalışırıq. Azərbaycanın faciənin ilk dəqiqələrindən yanımızda olduğunu bütün dünya bilir. Bunun üçün sizə ürəkdən təşəkkür edirik".
azxeber.com Azərtac-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı söyləyib.
Diplomat qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları ilə başda Heydər Əliyev Fondu olmaqla, Azərbaycanın bütün ictimai qurumları hərəkətə keçiblər. Zəlzələnin baş verdiyi andan etibarən geyim, qida məhsulları, yorğan, adyal, isidici və digər yardımları bu günə qədər Türkiyəyə çatdırırıq. Bu vaxtadək Azərbaycandan Türkiyəyə 750 tondan çox qida göndərilib.
"Zəlzələ nəticəsində evləri dağılan vətəndaşlarımızın bu qış günlərində isti yerə, çadıra və konteyner evlərə ehtiyacı var. Bunun üçün Türkiyədə çadır, konteyner istehsalı davam edir. Azərbaycan da bu ehtiyacımızı bilərək konteyner istehsalına başladı. Azərbaycanın müxtəlif qurumları tərəfindən humanitar fəaliyyətlər davam edir. İcra hakimiyyətlərinə təşəkkürümü bildirirəm, bizə çox kömək göstərirlər, Azərbaycanın ürəyinin Türkiyə ilə birgə döyündüyünü göstərirlər. Azərbaycanda nümayiş etdirilən birliyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edirik", - deyə diplomat bildirib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir