Bu xəstəliyi olanlar yazda maska taxmalıdır
Yazda ən çox rast gəlinən problemlər içərisində allergik xəstəliklər ön sırada dayanır. Statistika göstərir ki, dünyada hər on nəfərdən ikisi allergiyadan əziyyət çəkir. Allergik xəstələrin yaranma səbəbi havada uçuşan polen adlı çiçək tozlarıdır. Mövsümi allergiya nəticəsində bədəndə səpgi, gözlərdə qızarma, sulanma, burun axması, çoxsaylı asqırma, qaşınma, öskürək, boğulma və daha təhlükəli olan boğazda şişkinlik və nəfəs darlığı yaranır.
Bu barədə AZƏRTAC-a danışan Uşaq Bərpa Müalicə Mərkəzinin həkim-allerqoloqu Pərvanə Hüseynova deyib ki, məişət, ağac, bitki tozcuqları, havada uçan kimyəvi tərkibli aerozollar və kimyəvi maddələr, eləcə də qida və dərman mənşəli allergenlər orqanizmə daxil olaraq bədənin istənilən yerində allergik reaksiya yarada bilər: "Xəstədə allergik rinit varsa, burunda qıcıqlanma, asqırma olduqda evdən bayıra çıxarkən maska taxmalıdırlar. Bununla yanaşı günəşli və küləkli havada mümkün qədər hava ilə təmasdan uzaq olmaq lazımdır".
Mütəxəssislər hesab edirlər ki, allergiya irsi xəstəlikdir və daha çox genetik yolla ötürülür. Lakin bu heç də o demək deyil ki, tam olaraq həmin xəstələrin övladları mütləq eyni problemdən əziyyət çəkməlidirlər. Bəzən yaxın qohumlarda mövcud olan xəstəlik növbəti nəsildə kimlərdəsə özünü büruzə verir. Bu zaman xəstəliyin özü yox, xəstəliyə meyillik ötürülür.
"Allergiyanın ən ağır forması Kvinke ödemi, yəni dərialtı nahiyədə histominlərin yığılması sayılır. Bu zaman dodaqlar, göz qapaqları və qulaqlar şişir. Ən pis variant odur ki, bronxların selikli qişasında da şişkinlik əmələ gəlir və vaxtında tibbi yardım göstərilmədikdə xəstənin həyatını itirməsinə səbəb ola bilər",- deyə həkim-allerqoloq bildirib.
Allerqoloq onu da əlavə edib ki, allergiyalı xəstələr sitrus meyvələri, giləmeyvə, süd, şokolad, dəniz məhsulları və çərəzlərlə qidalanmaqdan çəkinməlidirlər. Tərəvəzlərdən isə bu sahədə pomidor daha təhlükəli sayılır, çünki daha çox allergiyaya səbəb ola bilir.
Xəstəlik tam müalicə olunmasa da, onu vaxtında müalicə edib allergen təsir göstərən vasitələrdən uzaqlaşmaq olar. Bunun üçün allergen-test adlanan analiz növündən istifadə etmək kifayətdir. Həmin üsulla allergiya yaradan qida və dərmanları müəyyən etmək olar.
Milli.Az /news.milli.az
Turlar.az [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ